ÇL-in final oyunu ona həvalə olundu

ÇL-in final oyunu ona həvalə olundu
DÜNYA FUTBOLU 20 Avqust 2020 / 17:15 3445
-  A +

Çempionlar Liqasının finalında keçiriləcək PSJ - "Bavariya" oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, matçın baş hakimi İtaliya Futbol Federasiyasından Daniele Orsato təyin edilib. Ona həmyerliləri Lorenzo Manqanelli və Alessandro Qallatini köməklik edəcək. Dördüncü hakimin kimliyi barədə isə məlumat verilməyib.

Qeyd edək ki, PSJ - "Bavariya" görüşü avqustun 23-cü Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Son xəbərlər