“Qarabağ” Avroliqanı yenə başıuca tərk etdi

“Qarabağ” Avroliqanı yenə başıuca tərk etdi
ÖLKƏ FUTBOLU 26 Avqust 2010 / 22:51 4592
-  A +

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Bu yarışda ölkəmizi təmsil edən yeganə klubumuz – “Qarabağ” Bakıda Almaniya nəhənglərindən Dortmund şəhərini təmsil edən “Borussiya” ilə qarşılaşıb. Cari mövsüm keçirdiyi 6 oyunun heç birində məğlub olmayan Qurban Qurbanovun komandası ötən mövsümkü Hollandiya “Tvente”si ilə oyunu da nəzərə alsaq, artıq 7 oyunluq məğlubiyyətsiz oyunlar seriyasına malik olsa da, məhz bu rəqibi ilə səfər matçında gözlənilməz məğlubiyyətlə (0:4) üzləşərək, qrup mərhələsinə düşmək şanslarını azaltdı. Azərbaycan futbol tarixində ikinci dəfə “böyük beşlik” ölkəsi ilə qarşılaşırıq ki, vaxtilə Fransa “Monpelye”si ilə də məhz “Qarabağ” qarşılaşmışdı. Lakin həmin vaxt özündən qat-qat güclü rəqibinə müqavimət göstərə bilməyən təmsilçimiz bu dəfə “Borussiya” üçün ən azı doğma meydandakı qarşılaşmada “asan yem” funksiyasını yerinə yetirməməliydi. Amma təssüf ki, "Qarabağ" oyunun son saniyələrində buraxəlan qol sayəsində məğlub oldu. Amma Avroliqanı, otən il olduğu kimi, yenə başıuca tərk etdi.

 

Avropa Liqası (pley-off mərhələsi, cavab oyunu)
26 avqust

21:00. “Qarabağ” (Azərbaycan) - “Borussiya” (Almaniya) - 0:1

QOL: Lukas Barrios, 90+1.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: Serj Qyumenni, Mark Simons, Danni Huens, Joeri Van De Velde (hamısı Belçika).
Hakim-inspektor: Suheyl Daud (İsrail).
UEFA nümayəndəsi: Mikalay Varabyov (Belarus).
İlk oyun – 0:4

“QARABAĞ”: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedyev, 6. Rəşad Sadiqov, 11. Rauf Əliyev, 13. Samir Abasov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 24. Admir Teli, 25. Ansi Aqolli, 31. Andrey Rubins, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 4. Zaur Həşimov, 7. Namiq Yusifov, 8. Aslan Kərmiov, 9. Elvin Məmmədov, 10. Emin İmaməliyev, 16. Rəşad Kərimov.
Baş məşqçi: Qurban Qurbanov.
“BORUSSİYA”: 1. Roman Veydenfeller, 4. Neven Subotiç, 5. Sebastyan Kel, 8. Nuri Şahin, 15. Mats Hummels, 18. Lukas Barrios, 19. Kevin Qrosskroyts, 23. Şinyi Kaqava, 25. Patrik Ovomoyela, 26. Lukaş Pişçek, 29. Marsel Şmeltser.
Ehtiyat oyunçular: 20. Mitçell Langerak, 7. Robert Levandovski, 11. Dimitar Rangelov, 14. Markus Felner, 22. Sven Bender, 27. Felipe Santana, 31. Mario Qötse.
Baş məşqçi: Yurgen Kloop.

* Komandalar oyunqabağı yüngül isinmə hərəkətləri etmək üçün meydana çıxırlar. İlk olaraq "Qarabağ"ımızın üzvləri azarkeşlərin alqış sədaları altında stadiona çıxdı.

Oyun başladı. “Qarabağ”ımıza uğurlar arzulayırıq!!!

1. Oyuna mərkəzdən komandamız başladı. Vüqar Nadirov sağ cinahla irəliləyib cərimə meydançasına asma etmək istəsə də, dəqiq oynamadı

2. "Borussiya" komandamızın erkən qol vurmaq istəklərinin qarşısını almağa çalışır. Raufa qarşı qayda pozuntusu. Cərimə zərbəsini Rəşad Sadiqov yerinə yetirir. Lakin onun zərbəsi müdafiəçilərdən geri döndü.

5. Vüqarın uzaqdan qüvvətli zərbəsi. Rəqib qolkiper çətinliklə də olsa, komandasını qoldan xilas edir

6. Raufa qarşı növbəti qayda pozuntusu. Rəşad Sadıqovun yerinə yetirdiyi cərimə zərbəsini Vüqar qüvvətli zərbəylə tamamlasa da, top çölə çıxır

8. Vüqarın rəqiblə hava mübarizəsi. Hakim yersiz olaraq futbolçumuza matçda ilk sarı vərəqəni göstərir

10. Rəqib oyunda tarazlıq yaradıb təhlükəli hücum təşkil edir. Müdafiəçilərimiz təhlükəni çətinliklə də olsa, sovuşdurur

10. Kaqava da kobud oyuna görə sarı vərəqə alır

11. Sadiqovun sağ cinahdan cərimə meydanşasına asması alınmır

Komandalar hazırda daha çox mövqe mübarizəsinə üstünlük verir

19. Hazırda komandamız daha çox müdafiəyə diqqət yetirib, əks-hücumlara ümid edir

23. Komandamız hələ ki, güclü rəqib müdafiəsini yarmaqda çətinlik çəkir

25. Aqollinin cərimə meydançasına asmasını müdafiəçilər kornerə çıxarır. Ancaq künc zərbəsindən də heç nə alınmır

Komandamız rəqibin bir neçə hücumunun qarşısını çətinliklə də olsa, ala bilib. Öz hücumlarımız isə kəsərsiz alınır

38. Vüqarın sağ cinahdan asmasını rəqib qapıçı çətinliklə dəf edir

Komandamız son dəqiqələrdə də çətinliklə üzləşir. Amma hesabın açılmasına imkan vermirlər

Birinci hissə başa çatdı

İkinci hissə başladı

Komandalar mövqe mübarizəsinə və ehtiyatlı oyuna daha çox üstünlük verdiyindən təhlükəli vəziyyətlər elə də çox deyil

58. Rubinsin sol cinahdan cərimə meydançasına təhlükəli ötürməsi. Müdafiəçilər Adamiyadan öncə topu meydandan çıxarır

60. Rəqib komandanın heyətində birdən-birə iki əvəzləməyə əl atılır. Kloop Kevin Qrosskroytsu Mario Qötse, Kaqavanı Levandovskiylə əvəzləyir

67. Maksimin kobud səəhvindən sonra Barrios Fərhadla üz-üzə qalsa da, son anda müdafiəçilərimiz qapıçının köməyinə çatıb, hesabın açılmasına imkan vermədilər

68. “Qarabağ”ımızın da heyətində əvəzləməyə əl atılır. Qurbanov Adamiyanı Elvin, Rubinsi Rəşad Kərimov əvəzlədi

69. Elvin meydana girən kimi, hakim tərəfindən kobud oyuna görə sarı vərəqə ilə cəzalanır

75. Pişçeki Rangelov əvəzləyir

Komandamız hazırda yenə müdafiəyə diqqət yetirib, əks-hücumlarda nicat axtarır

84. "Borussiya"nın təhlükəli künc zərbəsi. Rəqib oyunçu son anda dəqiq oynamır

87. Qurbanov Samir Abasovu Aslanla əvəzləyir

Oyunun əsas vaxtına iki dəqiqə əlavə olunur

90+1. Barrios son saniyələrdə komandamızın qapısına yol tapır - 0:1.

Oyun başa çatdı


Son xəbərlər