Bu gün Azərbaycan futbol tarixinin ən önəmli matçlarından biri baş tutacaq. Qol.Az-ın məlumatına görə, müstəqillik tariximizdə ikinci dəfə məhz “Qarabağ” yenə Avropa nəhəngi ilə qarşı-qarşıya gələcək. Avropa Liqasının qrup mərhələsinə son addım məhz Dortmundun “Siqnal İduna Park” stadionundan başlasa da, bu bizim üçün uğurlu alınmadı. 1997-ci ildə Çempionlar Liqasının qalibi olmuş, 80 mindən çox azarkeş dəstəyinə malik olan “Borrusiya”nın qarşısına çıxan bütün Azərbaycanın ümidinə çevrilmiş “Qarabağ” gözlənilməz məğlubiyyətlə üzləşdi. Almaniya nəhəngi ilə səfərdə sərfəli nəticə əldə edə bilməyən Qurban Qurbanovun komandası indi sadəcə qisas almaq, ən azından cari avrokuboklar mövsümünə “qapını möhkəm çırpmaq” ümidilə meydana çıxacaq.
Qeyd etdiyimiz kimi, Dortmund təmsilçisi “Böyük beşlik” çempionatlarının ikinci komandasıdır ki, Azərbaycan klubunu sınağa çəkir. İlk belə komanda Fransa “Monpelye”si olub ki, elə onların da qarşısına vaxtilə “Qarabağ” çıxıb. Lakin indiki ilə müqayisədə daha zəif olan təmsilçimiz o vaxt daha ağır darmadağınla üzləşmişdi. 1999-cu ilin yayındakı görüşlərdə fransızlar Bakıda 3, öz meydanlarında isə 6 cavabsız qol vurmuşdular. Bu dəfə isə avrokubok təcrübəsini daha da artıran “Qarabağ”ımız rəqibləri üçün heç də asan yem rolunu oynamadığını sübut edib. Avropa fatehlərimiz öncə Makedoniya “Metallurq”unu, ardından Şimali İrlandiya “Portadaun”unu, sonda isə Polşa “Visla”sını mübarizədən kənarlaşdırdı. “Borussiya”nı keçib, qrup mərhələsinə düşməklə, yeni tarix yazmaq çətin görünsə də, ümidimiz də az-çox qalmaqdadır. Amma əsas ümidlərimiz “Qarabağ”ın ilk oyundakı acı məğlubiyyətin əvəzini qələbəylə çıxacağınadır. Belədə onsuz da ilk dəfə “Böyük beşlik” ölkəsi təmsilçisinə qalib gəlməklə, futbolumuzun tarixinə düşəcək Ağdam təmsilçisinə inam çoxdur.
Lakin təəssüf ki, belə çətin sınaq ərəfəsində komandamızın düşərgəsində çox ciddi itki var. Məsələ burasındadır ki, Ağdam təmsilçisinin avroliqadakı ən məhsuldar oyunçusu Əfran İsmayılov Premyer Liqada “Neftçi” ilə keçirdiyi oyunda ağır zədələnərək, uzun müddətə sıradan çıxıb. Bu üzdən onun yoxluğunda “Qarabağ”ın məşqçilər korpusu “Borussiya”yla səfər matçında olduğu kimi, bu dəfə də oyun planında müəyyən dəyişikliklərə əl ata bilər.
Qrup mərhələsinə düşmək şanslarını onsuz da azaldan komandamız bu günkü oyunda meydana tam arxayın çıxıb, maksimum diqqətli olmaqla, öz oyununu oynamalıdır. Təbii ki, “Metallurq”, “Portadaun” və “Visla” ilə qarşılaşmalarda təmsilçimiz üzərində müəyyən təzyiq hiss oluna bilərdi. Ancaq minimum vəzifənin öhdəsindən gələn Ağdam klubu bu dəfə missiyasını daha da artırmaq, imicini yüksəltmək xatirinə döyüşəcək. Yəni futbolçularımızın üzərində psixoloji təzyiqin olmaması çox vacibdir. Hətta ilk oyunda gözlənilməz məğlubiyyətlə üzləşsələr də. İlk oyunda “Böyük beşlik” ölkəsinin təmsilçisi xofu, rəqib azarkeşlərin çılğınlığı maneə yaradıırdısa, bu dəfə həmin əngəllər elə də ciddi xarakter daşımamalıdır.
Qeyd edək ki, bizlər üçün tanış referi olan Serj Qyumenninin rəhbərlik etdiyi belçikalı hakimlər briqadası tərəfindən idarə olunacaq qarşılaşma həm də televiziya vasitəsilə canlı yayımlanacaq. Belə ki, Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və start fiti yerli vaxtla 21:00-da veriləcək tarixi qarşılaşma dövlət televiziyası vasitəsilə canlı yayımlanacaq.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi