“Oyun haqda çox da danışmaq istəmirəm. İlk oyundan böyükhesablı yenilgiylə dönmüşük. Şübhəsiz belə nəticədən sonra turu adlamağımız çətin olacaq. Ancaq əlimizdən gələni etmişik ki, qarşıdakı oyunda daha baxımlı futbol sərgiləyə bilək, uğurlu nəticə qazanaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah Almaniya “Borussiya”sı ilə qarşılaşacaq Ağdam təmsilçisinin çalışdırıcısı bu gün keçirilən mətbuat konfransında ilk oyundakı yenilgi ucbatından futbolçularında psixoloji gərginliyin olduğunu etiraf edib: “Komandada hələ də psixoloji gərginlik var. İlk növbədə bunu aradan qaldırmağa çalışırıq. İnanıram ki, sabah azarkeşlər meydanda sona kimi mübarizə aparan komanda görəcək”.
İlk oyunla müqayisədə heyətdə ciddi dəyişikliklərin olmayacağını vurğulayan mütəxəssis Dortmund klubu ilə oyundan öncə zədələnərək, sıradan çıxan yarımmüdafiəçi Əfran İsmayılovun yoxluğunun ciddi şəkildə hiss olunduğunu da etiraf edib: “Şübhəsiz Əfranın yoxluğu çox hiss olunur. Hər nə qədər çalışsaq da, sırf onun yoxluğunu hiss etdirməmək bir qədər çətindir. Çünki İsmayılovun tam başqa oyun tərzi var. Sırf hücuma meylli və rəqib müdafiəsini daim gərginlikdə saxlayan bir futbolçudur. Yenə əlimizdən gələni edəcəyik ki, Əfranın yoxluğu hiss olunmasın. Buna nə dərəcədə nail olacağımızı isə zaman göstərəcək”.
Ağdam klubunun çalışdırıcısı futbolçulardakı gərginliyin yaranmasında səbəb kimi mətbuatın təzyiqinin bir qədər artıq olmasını da önə çəkib: “Futbolçularda yaranan gərginliyə gözləmədiyimiz nəticə səbəb oldu. Amma bəzi oyunçular haqda mətbuatda elə yazılar yazıldı ki, bunun özü də gərginliyi artıran məqamlardandır. Həmin tənqidlər nəinki onlara, digər oyunçularımıza da təsir etdi. Ancaq düşünürəm ki, hər biri peşəkar futbolçulardır və belə çətin oyun ərəfəsində özlərini toparlamağı bacaracaqlar”.
“Borussiya”nın Bundesliqanın ilk turu çərçivəsində “Bayer”lə oyununa baxdığını deyən Qurbanov rəqib komandada hansısa ciddi boşluqların olmadığını qeyd edib: “Bayer”lə oyuna canlı baxdım. Sonradan bir daha izlədim. Rəqibi analiz etmişik. Ancaq onlarda hansısa boşluq görməmişik. 20-25 yaş arası futbolçulardan təşkil olunan bir komandadır. Ötən ilin ən çox hərəkətdə olan komandası olduğunu nəzərə alsaq, belə kollektivlərdə hansısa boşluqlar çox az olur. Amma oyunun gedişində müəyyən səhvlər, boşluqlar yarana bilər ki, biz də ondan istifadə etməyə çalışacağıq”.
Millimizin baş məşqçisi Berti Foqtsun “Mən “Qarabağ”ın “Borussiya”ya qalib gələcəyinə və qrup mərhələsinə yüksələcəyinə inanıram” sözlərinə münasibətini bildirən Qurbanov sadəcə bunu vurğulayıb: “Güvəndiyinə görə, sağ olsun”.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi