“Borussiya”nın rəsmi saytı yenə Ağdamın işğalından yazdı

“Borussiya”nın rəsmi saytı yenə Ağdamın işğalından yazdı
ÖLKƏ FUTBOLU 25 Avqust 2010 / 15:55 2949
-  A +

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Borussiya” matçı ilə əlaqədar Almaniya mətbuatının diqqəti ölkəmizə yönəlib. “Borussiya” klubunun rəsmi saytı da daxil olmaqla Almaniyanın bir çox saytları ölkəmiz, Bakı və “Qarabağ”ın təmsil etdiyi Ağdam haqqında məlumat verirlər.
“Dortmund” klubunun rəsmi saytı “Qarabağ”ı təqdim edərkən alman azarkeşlərə bu kollektivin 1950-ci ildə yarandığını, ev oyunlarını doğma şəhərdə keçirə bilməməsi məlumatını verib. Almanlar “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərinin 1993-cü ildən ermənilər tərəfindən işğal olunduğunu və indiyədək azad edilmədiyini alman fanatların diqqətinə çatdırıblar. Almaniya mətbuatı ölkəmizə gələcək azarkeşlərə münaqişə zonasına getməmələrini tapşırıb.
Xatırladaq ki, “Qarabağ” – “Borussiya” matçı sabah saat 21:00-da keçiriləcək. Matçı stadiondan 200-250 alman azarkeşinin də izləyəcəyi gözlənilir. (ANS PRESS).

Son xəbərlər