“Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov dünən “Komanda” qəzetinin redaksiyasına gələrək qəzetin əməkdaşlarına hücum çəkib. Qol.Az-ın məlumatına görə, bu haqda «Komanda» qəzetinin yaydığı məlumatda bildirilir. Məlumata görə, futbolçu redaksiyadakı komputerlərin bir neçəsini, qab-qacağı sındırıb, əməkdaşlara fiziki təzyiq göstərib, döyməyə çalışıb. Ötən sayda “Nüfuzu pula dəyişən adam” başlıqlı yazıda qeyd olunanlardan narazı qalan Mahmud redaksiyaya hücum çəkib. Hadisəylə bağlı polisə müraciət olunub.
Hadisədən sonra futbolçu Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə çağırılıb və onun ifadəsi alınıb.
Baş vermiş hadiyə "Bakı" klubu münasibətini açıqlayıb: «Avqustun 22-də internet saytlarında komandamızın üzvü Mahmud Qurbanovun "Komanda" qəzetinin redaksiyasına gələrək, mətbu orqanının əməkdaşlarını təhqir etməsi və redaksiyanın əmlakına zərər yetirməsi barədə məlumatlar yayılıb.
"Bakı" futbol klubunun rəhbərliyi dərhal yayılan məlumatın araşdırılmasına başlayıb. Komandamızın üzvünün hərəkətlərinə sərt reaksiya verən "Bakı" futbol klubu tərəfindən Mahmud Qurbanova xəbərdarlıq edilib və klubumuzun, o cümlədən, Azərbaycan futbolunun adına yaraşmayan hərəkətlərin yolverizməzliyi və onun ciddi şəkildə cəzalandırılacağı futbolçunun diqqətinə çatdırılıb.
Mahmud Qurbanov qəzetin ötən sayında nəşr olunan və futbolçunun fikrincə, onun mənliyini təhqir edən, şərəf və ləyaqətini alçaldan yazıya emosional şəkildə münasibət bildirdiyindən peşman olduğunu ifadə edib. Bütün bunlarla bərabər, "Bakı" futbol klubu başvermə səbəbindən asılı olmayaraq mətbuat nümayəndələrinə qarşı yönələn istənilən hərəkətləri utancverici və yolverilməz sayır, gələcəkdə belə halların yaşanmaması üçün lazımlı addımların atılacağını bildirir».
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi