Unibank Premyer Liqasının 3-cü turu “Xəzər Lənkəran”ın daha 3 futbolçusu üçün əlamətdar olub. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, həmin oyunçular karyeralarında ilk dəfə “ağ-yaşıllılar”ın formasını geyiblər. “İnter”lə qarşılaşmada start heyətində meydana çıxan Adrian İordaşe, sonradan mübarizəyə qatılan Uinston Parksla Asif Məmmədov “Xəzər Lənkəran”da debüt oyunlarını gerçəkləşdiriblər. Onlar komandanın tarixi ərzində formasını geyənlərin ümumi sayını 111-ə çatdırıblar. İordaşe və Parksın sayəsində legionerlərin sayı da artıb. Bu matçadək 60 gəlməyə güvənən “Xəzər Lənkəran”in tarixində artıq 62 əcnəbi var.
Rumıniyalı İordaşe bu klubdakı həmvətənlərinin sayını 9-a çatdırıb. Bu isə o deməkdir ki, Türkiyənin “Xəzər Lənkəran”ın tarixindəki vahid liderliyinə son qoyulub. Artıq adıçəkilən hər iki ölkə eyni sayda təmsilçisi ilə zirvədə qərarlaşıblar.
Parks isə təkcə “Xəzər Lənkəran”ın deyil, bütün Azərbaycan futbolunun tarixinə düşüb. O, meydana çıxmaqla ölkəmizdə çıxış edən ilk kosta-rikalı olub. Onun vətəni “Xəzər Lənkəran”da təmsil olunan 24-cü ölkə kimi tarixə düşüb: Türkiyə, Rumıniya – hərəyə 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Portuqaliya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika – hərəsi 1.
Xatırladaq ki, Premyer Liqanın ilk iki turunda daha 5 futbolçu “Xəzər Lənkəran”da debüt etmişdi. Stelian Stanku, Dieqo Ruiz və Tural Cəlilovun debütü 1-ci, Katalin Doman və Konstantin Arbanasın ilk oyunu 2-ci tura təsadüf edib.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi