Zədəsi səbəbindən «Qarabağ»ın dünən Avroliqanın pley-off mərhələsində Dortmund «Borussiya»sı ilə oyununu buraxan Əfran İsmayılov komandasının məğlubiyyəti haqda fikirlərini bölüşüb. Qol.Az-ın müxbiri ilə söhbətində Ə.İsmayılov deyib ki, «Qarabağ» dünən öz oyununu sərgiləyə bilməyib: «Həm də birinci qoldan sonra komanda ruhdan düşdü. Amma Allahın köməkliyi ilə çox istərdim ki, Bakıdakı oyunu azarkeşlərimizin alqışları altında bitəcək».
Əfran İsmayılov özünün yoxluğunun komandasının oyununa nə dərəcə təsir göstərməsilə bağlı danışarkən bunları söyləyib: «Kim bilir, bəlkə də mən meydanda olsaydım, dörd yox, altı qol buraxacaqdıq. Bir daha deyirəm, dünən «Qarabağ»ın oyunu alınmadı».
«Çoxları məğlubiyyətin əsas səbəbkarı kimi qapıçı Fərhad Vəliyevi görür. Bu haqda sən nə fikirdəsən» sualına Ə.İsmayılovun cavabı belə olub: «Xeyr, mən bu fikirlə qətiyyən razılaşmıram. Düzdür, Fərhad səhvlər etdi. Amma bu, komanda oyunudu və uduzan da məhz bütün komanda oldu. Birdə ki, dünənə qədər hamı Fərhada «əjdaha» deyirdi. İndi nə oldu? Onun xidmətləri nə tez unuduldu?! Uğursuzluğa görə təkcə Fərhad yox, hamı məsuliyyət daşıyır».
Ə.İsmayılov «Borussiya»nın güclü azarkeş dəstəyinin «Qarabağ»ın məğlubiyyətinə nə dərəcədə təsir etməsi haqda sualı da cavablandırıb: «Məncə, bunun elə də təsiri olmadı. Çünki «Visla» ilə Polşadakı oyunda azarkeşlər düz bizim yanımızda qışqırırdılar, amma biz onları səfərdə məğlub edə bildik. Bu dəfə azarkeş amili haradasa 30 faiz rol oynadı. Amma ən əsası, komandamız öz oyununu göstərə bilmədi».
«Qarabağ»ın növbəti mərhələyə çıxmaq şansının az olduğunu vurğulayan Əfran «Mən istəyirəm ki, «Qarabağ» təkrar matçda elə oynasın ki, ötən il «Tvente» ilə oyunda olduğu kimi, hamı futbolçuları ayaqüstə alqışlasın» - deyib.
Sonda hazırda yeriməkdə çətinlik çəkdiyini deyən Ə.İsmayılov buna baxmayaraq, təkrar qarşılaşmanı mütləq stadionda izləyəcəyini bildirib.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi