“Borussiya” səviyyəsində komandalarla oyunda belə səhvlər təbii ki, məğlubiyyətə gətirib çıxarır. “Qarabağ”ın üzvləri elə səhvlər buraxmamalıydılar”. Bu sözləri Qol.Az-a açıqlamasında millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqov deyib.
Avrokubokların cari mövsümündə daha uzun yol qət edən yeganə təmsilçimiz “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Borussiya” ilə oyununu dəyərləndirən mütəxəssis futbolçularımızın psixoloji cəhətdən tam hazır olmamalarını önə çəkib: “Komandamızın üzvlərində psixoloji cəhətdən hazır olmadıqları diqqət çəkirdi. Bu o demək deyil ki, “Qarabağ” oyunu hələ meydana çıxmazdan öncə uduzmuşdu. Sadəcə, o qədər istəkli idilər ki, məhz bu amil onları “yandırdı”. Çünki oyundan öncə o qədər tarix yazmaqdan danışılmışdı ki, “Qarabağ”ın oyunçuları da çıxıb ən yaxşı oyunlarını sərgiləmək, özlərini göstərmək, sensasiyaya imza atmaq istəyirdilər. Ancaq onların “Borussiya” üzərində planlaşdırdıqları böyük zəfər xəyalları komandanın “yanmasına” gətirib çıxardı. Gərək oyun ətrafı ajioataja, azarkeş amilinə, yeni tarix yazmaq istəyi kimi amillərə önəm verməzdilər. “Qarabag”ın məğlubiyyətinin bir səbəbi də oyun ərəfəsi ajiotaj oldu. Onda daha rahat oynayıb, sərfəli nəticə qazana bilərdilər”.
Sadıqov 0:4 hesablı yenilgidə əsas səbəbkar kimi heç də qapıçı Fərhad Vəliyevin göstərilməsi fikri ilə razılaşmayıb: “Mən deməzdim ki, komandamızın bu hesabla uduzmasının əsas günahkarı yalnız Fərhaddır. Çünki qələbəni bütün komanda qazandığı kimi, məğlubiyyətdə də hər kəsin günahı olur. Düzdür, mən də Fərhadı tanıya bilmədim. Onu yaxşı tanıyıram və potensialına da bələdəm. Bilirəm ki, Vəliyev ən çətin vaxtda komandanın dadına çatmaq, kritik qurtarışlar etmək qabiliyyətinə malikdir. Bu oyunda da məğlubiyyəti yalnız onun üzərinə atmamalıyıq. Ona qalsa, həmin səhvləri orta sahədə top qovan futbolçular buraxdı ki, davamında da qapımız qarşısında boş zonalar yarandı. Gərək elə uşaq səhvlərinə yol verməyəydilər. Məncə, o səhvlər olmasaydı, heç olmasa, minimal hesablı yenilgiylə dönərdik ki, doğma meydanda keçirilən oyunda növbəti mərhələyə çıxmaq şanslarımız qalardı”.
Təcrübəli mütəxəssis avqustun 26-da “Qarabağ”ın ən azı avrokubokların cari mövsümünə qələbə ilə vida edəcəyinə inandığını da ifadə edib: “Düzdür, mərhələ keçmək şansımız demək olar ki, qalmayıb. Nə qədər arzulasaq da, “Borussiya” səddini keçmək artıq çətin görünür. Amma əminliklə deyə bilərəm ki, komandamız rəqibini doğma meydanda məğlub edə bilər. Həmin səhvlər təkrarlanmasa, qələbə qazanmağımız problem olmayacaq. Çünki dünənki oyun da göstərdi ki, “Borussiya” heç də fövqəladi futbol sərgiləmir. Sadəcə, heyətində daha təcrübəli və ulduz oyunçularının olması sözünü dedi. Həm də sırf komandamızın öz səhvləri sayəsində qələbə qazandılar. Burda isə elə olmayacaq. “Qarabağ” ən azı evdə qələbə qazanmaqla, avrokubokların cari mövsümünü major notlarla başa vuracaq”.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi