Mahaçqalanın «Anji» klubunun baş məşqçisi Hacı Hacıyev millimizin futbolçusu Mahir Şükürovun oyunu ilə bağlı tənqidi fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, keçirdiyi mətbuat konfransında Hacı Hacıyev Rusiya Premyer Liqasında SSKA ilə oyundakı 0:4 hesablı məğlubiyyətdə Mahirin də təqsiri olduğunu bildirib. Mahir Şükürova iradları olduğunu deyən Hacıyev futbolçumuzun SSKA-nın oyunçusu Toşiçə aşkar şəkildə uduzduğunu bildirib. Onun sözlərinə görə, Mahir təkbətək mübarizələrdə məğlub olub: «Halbuki o, rəqibə ciddi müqavimət göstərə bilərdi. Amma rəqib futbolçu daha güclü çıxdı. Şükürov topa deyil, bədənə oynamaqla kobud səhvə yol verdi. Bunun nəticəsində biz ikinci topu qapımızdan buraxdıq».
Hacı Hacıyev SSKA ilə matçdan əvvəl Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun onların qaldığı otelə gələrək Mahirin oyununu müzakirə etdiyini söyləyib. «Foqts dedi ki, Mahir sol cinah müdafiəçisi kimi daha effektlidir. Mən də cavab verdim ki, Mahiri yarımmüdafiə xəttinə keçirəndə o məndən incidi. Bildirdi ki, onun mövqeyi cinah müdafiəsidir. Amma Mahir yarımmüdafiədə ötürmələri ilə çox yaxşı təsir bağışlayır. Biz onun bu ötürmələri ilə bir neçə qol vurmuşuq. Onun zərbələri də qapıçılar üçün çox təhlükəli olur. Mən Mahirlə bu haqda yenə danışacağam. Bəlkə onu həqiqətən də elə yarımmüdafiədə oynatmaq lazımdır».
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!