Başda səfir Pərviz Şahbazov olmaqla Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları Avropa Liqasının pley-off mərhələsində bu gün «Borussiya» ilə qarşılaşacaq Ağdamın «Qarabağ» klubuna dəstək olmaq məqsədilə Dortmund şəhərinə yola düşüblər. Bu haqda Qol.Az-a Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Almaz Məmmədov məlumat verib.
Səfirliyin bu oyunla bağlı gördüyü işlərdən danışan A.Məmmədov bu gün səhər diplomatik korpusun kirayələdiyi avtobusla bir qrup azarkeşin Dortmunda yola salındığını söyləyib. Bu matça Almaniyada yaşayan soydaşlarımız tərəfindən böyük maraq olduğunu vurğulayan A.Məmmədov hələ püşkatma bitəndən sonra səfirliyə xeyli müraciətin daxil olduğunu bildirib. «Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə təhsil alan alan gənclərimiz və müxtəlif xətlərlə burada olan Azərbaycan vətəndaşları bizə zəng edərək oyuna gedib «Qarabağ»a dəstək vermək istədiklərini bildirdilər. Bundan sonra bizim səfirlik AFFA-nın baş katibi ilə əlaqə saxladı və «Qarabağ» klubu ilə razılaşmadan sonra oyuna azarkeşlərin cəlb edilməsi üçün müəyyən işlər görməyə başladı».
Səfirliyin bu məsələdə əlaqələndirici rol oynadığını bildirən A.Məmmədov oyuna üç gün qalmış «Qarabağ» klubunun nümayəndələri ilə Berlində görüşlər keçirdiklərini bildirib. Bundan başqa, A.Məmmədov «Qarabağ»ın təmsilçilərinin iştirakı ilə Azərbaycan diasporunun nümayəndələri, Almaniyada fəaliyyət göstərən türk qəzetlərini redaksiyalarında müzakirələr apardıqlarını deyib: «Bütün görüşlərdə biz soydaşlarımızı, eləcə də Almaniyada yaşayan türkləri komandamıza dəstək olmağa çağırmışıq. İnanırıq ki, bu gün biz stadionda «Qarabağ»ı dəstəkləyən xeyli azarkeş görəcəyik».
A.Məmmədov təkcə Azərbaycanın Almaniyadakı səfirliyinin xətti ilə oyuna 600-1000 arasında azarkeşin gedəcəyini bildirib. Onun sözlərinə görə, matça fərdi qaydada gedən azarkeşlər də az olmayacaq.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi