Bu gün Azərbaycan futbol tarixinin ən önəmli matçlarından biri baş tutacaq. Qol.Az-ın məlumatına görə, müstəqillik tariximizdə ikinci dəfə məhz “Qarabağ” yenə Avropa nəhəngi ilə qarşı-qarşıya gələcək. Avropa Liqasının qrup mərhələsinə son addım məhz Dortmundun “Siqnal İduna Park” stadionundan başlayacaq. 1997-cidə Çempionlar Liqasının qalibi olmuş, 80 mindən çox azarkeş dəstəyinə malik olan “Borrusiya”nın qarşısına çıxacaq “Qarabağ” hazırda bütün Azərbaycanın ümidinə çevrilib. Milyonlarla insanın bu ümidlərinin nə dərəcədə doğrulacağına isə məhz bu günkü oyun aydınlıq gətirəcək. Axı səfərdəki oyun bizim üçün daha böyük önəm daşıyır. Çünki Almaniya nəhəngi ilə səfərdə sərfəli nəticəyə razılaşa bilsək, onda təmsilçimizin doğma divarlar arasında rəqibini yenib, qrup mərhələsinə vəsiqə qazanması, daha bir şanlı tarix qaçılmaz olacaq.
Qeyd etdiyimiz kimi, Dortmund təmsilçisi “Böyük beşlik” çempionatlarının ikinci komandası olacaq ki, Azərbaycan klubunu sınağa çəkir. İlk belə komanda Fransa “Monpelye”si olub ki, elə onların da qarşısına vaxtilə “Qarabağ” çıxıb. Lakin indiki ilə müqayisədə daha zəif olan təmsilçimiz o vaxt darmadağından qaça bilməmişdi. 1999-cu ilin yayındakı görüşlərdə fransızlar Bakıda 3, öz meydanlarında isə 6 cavabsız qol vurmuşdular. Bu dəfə isə avrokubok təcrübəsini daha da artıran “Qarabağ”ımız rəqibləri üçün heç də asan yem rolunu oynamır. Hazırda Avropa fatehlərimiz bir-birinin ardınca rəqiblərini sıradan çıxarıb, inamla qrup mərhələsinə doğru addımlayır. Öncə Makedoniya “Metallurq”unu, ardından Şimali İrlandiya “Portadaun”unu, sonda Polşa “Visla”sını mübarizədən kənarlaşdıran ağdamlılar indi də eyni aqibəti Almaniya nəhənginə yaşatmalıdır.
Lakin təəssüf ki, belə çətin sınaq ərəfəsində komandamızın düşərgəsində çox ciddi itki var. Məsələ burasındadır ki, Ağdam təmsilçisinin avroliqadakı ən məhsuldar oyunçusu Əfran İsmayılov Premyer Liqada “Neftçi” ilə keçirdiyi oyunda ağır zədələnərək, uzun müddətə sıradan çıxıb. Bu üzdən onun yoxluğunda “Qarabağ”ın məşqçilər korpusu hətta oyun planında da dəyişikliklərə əl ata bilər. Lakin “Borussiya” da komandamıza qarşı optimal heyətlə mübarizə apara bilməyəcək. Çünki Nelson Valdes “Erkules”in maraq dairəsində olduğundan İspaniya klubuna keçidini həll etməklə məşğuldur. Valdeslə yanaşı dortmundluların əsas fiqurlarından Dede də zədə üzündən komandamıza qarşı oynaya bilməyəcək. Zidanla Kringenin də köməyindən məhrum olan Almaniya təmsilçisi daha bir problemlə üz-üzədir. Hücumçu Kevin Qrosskroyts zədələndiyi üçün Dortmunddakı ilk oyunu buraxa bilər.
İstənilən halda komandamız bu günkü oyunda meydana tam arxayın çıxıb, maksimum diqqətli olmaqla, öz oyununu oynamalıdır. Təbii ki, “Metallurq”, “Portadaun” və “Visla” ilə qarşılaşmalarda təmsilçimiz üzərində müəyyən təzyiq hiss oluna bilərdi. Ancaq minimum vəzifənin öhdəsindən gələn Ağdam klubu bu dəfə missiyasını daha da artırmaq, imicini yüksəltmək xatirinə döyüşəcək. Yəni futbolçularımızın üzərində rəqibdən fərqli olaraq, heç bir psixoloji təzyiqin olmaması öz sözünü deyə bilər. Müəyyən mənada “Böyük beşlik” ölkəsinin təmsilçisi xofu, rəqib azarkeşlərin çılğınlığı maneə yarada bilər. Amma öz çılğınlığına görə ad çıxaran “Visla” azarkeşlərinin gözü qarşısında Polşa nəhəngini səfərdə məğlub edən, ötən mövsüm Hollandiya “Tvente”sinə səfərdə qol vuran “Qarabağ”ın üzvləri üçün azarkeş təzyiqi artıq problem hesab olunmamalıdır.
Matç ərəfəsində bəzi maraqlı statistik məqamlara da diqqət yetirmək pis olmazdı. “Borussiya” bu gün avrokuboklarda 166-cı, “Qarabağ” isə 27-ci görüşünə çıxacaq. Almanların göstəriciləri belədir: 82 qələbə, 32 heç-heçə, 51 məğlubiyyət. Ağdamlıların arxada qalan 26 oyununun rəqəmli mənzərəsi isə belədir: 8 qələbə, 6 heç-heçə, 12 məğlubiyyət.
Ən diqqətçəkən məqamlardan biri isə komandamızın cari mövsümdə avrokuboklarda məğlubiyyətin nə olduğunu bilməməsidir. Ötən mövsüm Hollandiya “Tvente”si ilə Bakıdakı qolsuz bərabərliyi də nəzərə alsaq, bu seriya artıq 7 oyundur davam edir. Arzu edək ki, təmsilçimizin məğlubiyyətsiz oyunlar seriyasına dortmundlular da son qoya bilməsin.
Qeyd edək ki, Pavel Kristian Balajın rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə olunacaq qarşılaşma ölkəmizdə də canlı yayımlanacaq. Belə ki, Dortmundun “Siqnal İduna Park” (keçmiş “Vestfalştadium”) arenasında keçiriləcək və start fiti yerli vaxtla 21:05-də (Bakı vaxtı ilə 00:05-də) veriləcək tarixi qarşılaşma dövlət televiziyası və “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq