Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Borussiya” – “Qarabağ” oyunu haqda fikirlərini açıqlayıb.
- Cənab Foqts, “Borussiya” – “Qarabağ” matçını izləyəcəksinizmi?
- Əlbəttə ki, izləyəcəyəm. Sonra isə bu komandaların Bakıdakı oyununda da olacağam.
- Bu qarşılaşmadan nə gözləyirsiniz?
- “Qarabağ” çox iddialı, oyunlara yaxşı köklənən komandadır. Onlar Polşanın “Visla” klubu üzərində inamlı qələbə qazandılar. Bu komanda Azərbaycanın ən yaşı klublarından biridir. Bir sözlə, “Borussiya”nın işi asan olmayacaq. Yurgen Klopp da bunu bilir.
- Sizcə, “Qarabağ”ın hər hansı şansı var?
- Təbii ki, “Borussiya” aşkar favoritdir. “Qarabağ”ın qələbəsi isə dünyanın əsl möcüzəsi olacaq.
- Əgər “Qarabağ”ın baş məşqçisi olsaydınız, komandanızı oyuna necə kökləyərdiniz?
- “Borussiya” kimi Ağdam təmsilçisinin də öz baş məşqçisi var. Mən “Qarabağ”dan danışsam, dortmundlular bundan xəbər tutacaqlar. Axı Klopp qəzet oxumağı sevən məşqçilərdəndir.
- Niyə “Qarabağ” oyunlarını öz meydanında keçirmir?
- Onların təmsil etdiyi şəhər Ermənistan tərəfindən işğal olunub. Ona görə də bu mümkün deyil. Lakin məsələyə futbol tərəfindən yanaşsaq, onsuz da gənc futbolçuların əksəriyyəti paytaxt uşaqlarıdır.
- Bu klubun neçə oyunçusu rəhbərlik etdiyiniz yığmanın üzvüdür?
- Sonuncu dəfə 4 nəfər idilər. Çünki Küveytlə matçda onları yormaq istəmirdim. Axı onlar qarşıdakı “Borussiya” ilə oyunlara da hazırlaşmalı idilər.
- Azərbaycanın üçüncü komandasını Almaniyanın Regional Liqasının üçüncü komandası ilə müqayisə etmək olar?
- Məgər Regional Liqanın 3-cü komandası “Visla”nı məğlub edə bilər? Əlbəttə ki, belə müqayisə mümkün deyil. Qarşıdakı oyunları da səbirsizliklə gözləyirəm.
- “Borussiya” Azərbaycanda populyardır?
- Əksər azərbaycanlı azarkeşlər bu komandanı yaxşı tanıyır. (Apasport)
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq