Avropa Liqasındakı yeganə təmsilçimiz “Qarabağ”ın rəqibi olan Almaniya “Borussiya”sı klubun rəsmi saytında komandamız haqda yazı hazırlayıb. Qol.Az-ın məlumatına görə, Dortmund klubunun rəsmi saytı Ağdam təmsilçisinin son illərdəki uğurlarından bəhs edib: “Avrokuboklarda uzun illər uğursuz çıxış edən “Qarabağ”da vəziyyət yalnız ötən ildən bu yana bir qədər dəyişib. Azərbaycan təmsilçisi beynəlxalq yarışlarda ilk sensasiyasına ötən ilin yayında imza atdı. Baxmayaraq ki, onlar qrup mərhələsinə vəsiqə uğrunda Hollandiyanın "Tvente" klubuna yenildilər (1:3, 0:0). Amma hər şeydən əvvəl Çempionlar Liqasının qrup mərhələsində oynamış "Rusenborq"u mübarizədən kənarlaşdırdılar. Norveçdə bu komanda ilə heç-heçə oynayan (0:0) "Qarabağ" Tofiq Bəhramov respublika stadionunda sensasiyaya imza ataraq, 1:0 hesabı ilə qələbə qazandı. Azərbaycanlılar həmçinin Finlandiya "Honka"sını da mübarizədən kənarlaşdırdı. Bu il isə "Qarabağ" Makedoniyanın "Metallurq", Şimali İrlandiyanın "Portadaun" və Polşanın "Visla" klubları üzərində qələbə qazanıb, "Borussiya"ya rəqib oldu".
Almanlar "Qarabağ"ın uğurlarının əsas memarı kimi məhz Qurban Qurbanovu göstərib: "Qarabağ"ın yenidən özünə gəlməsi və beynəlxalq arenada uğurlu çıxış etməsinin memarı Azərbaycan yığmasının sabiq hücumçusu Qurban Qurbanovdur. 38 yaşlı mütəxəssis bu komandada fəaliyyətə 2008-ci ildə başlayıb. Qurbanov qələbə taktikasını azərbaycanlı futbolçuların üzərində qurub. Onun komandası müdafiədə yaxşı oynayır və əks-hücumlara bel bağlayır. Komandanın güclü hücumçu problemi olsa da, onlar sürətli başlanğıcla gözlənilmədən qol vura bilirlər. 2001-ci ildən 2010-a qədər komandanın əsas silahı 21 yaşlı Vaqif Cavadov idi. O, ötən il "Tvente" ilə Avropa Liqası oyunlarından sonra bu komandaya transfer olundu".
Cavadovdan tutmuş, indiki heyətin dayağı olan Rəşad Sadıqov və Fərhad Vəliyevə qədər bir sıra oyunçulardan bəhs edən “Borussiya”nın saytının əməkdaşlarının Elvin Məmmədovla bağlı fikirləri daha maraqlıdır: "Qurban Qurbanovun uğur resepti azərbaycanlı futbolçularla bağlıdır. O, digər Premyer Liqa təmsilçilərindən - legionerlərə, üçüncü dərəcəli braziliyalılara üstünlük verən "Bakı", "İnter", "Neftçi" və "Xəzər Lənkəran"dan fərqli olaraq, yerli oyunçulara güvənir. İndi Azərbaycan yığmasının çox sayda oyunçusu "Qarabağ"ın formasını geyinir. "Qarabağ" gənc oyunçulara da şans verir. Məsələn, 21 yaşlı Maksim Medvedev qısa bir zamanda milli komandada özünə yer edə bilib. Həmçinin millinin baş məşqçisi Berti Foqts "Qarabağ"dan Rəşad Sadıqov, Fərhad Vəliyev və başqa futbolçulara da güvənir. İndi "Qarabağ"ın heyətində ən təhlükəli futbolçu 22 yaşlı Elvin Məmmədovdur. Hücumçuların arxasında mövqe tutan futbolçu Vaqif Cavadovdan sonra xarici çempionatlarda oynamağa ən real namizəddir".
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq