“Xəzər Lənkəran” bu gün növbəti transferini rəsmiləşdirib. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, yeni futbolçu - Kosta-Rika vətəndaşı olan Uinston Antonio Parks Tifet (Uinston Parks) ilə iki illik müqavilə imzalanıb.
1981-ci il təvəllüdlü hücumçu peşəkar futbol karyerasına 16 yaşında başlayıb. Onun ilk oynadığı komanda doğma Limon şəhərinin "Limonense" klubu olub. O, 1999-cu ildə Nigeriyada, daha sonra Argentinada 20 yaşa çatmayan gənclər arasinda dünya çempionatında öz ölkəsinin milli komandasında çıxış edib. 2000-ci ildə Parks Avropaya gedərək orada İtaliyanın "Udineze" klubu ilə anlaşıb və 1 ildən artıq bu komandanın şərəfini qoruyub. Daha sonra futbolçu həmin ölkənin “Askoli” klubuna keçib.
2002-2006-cı illəri Parks Rusiyanın “Lokomotiv” klubuna keçib, iki dəfə bu ölkənin çempionluğunu qazanıb və superkubokun qalibi olub. Premyer Liqada 64 matçda 13 qol vuran Parks Rusiyada “Lokomotiv“dən başqa “Saturn”un da şərəfini qoruyub. 2006-2007 mövsümünü Uinston Parks Çexiyanın Liberek şəhərinin "Slovan" klubunda çıxış edib, sonra isə doğma ölkəsinə qayıdıb və orada 2007-2008 mövsümündə yerli “Alaxoela” komandasında keçirib. 2008-ci ildən isə o Rumıniyanın "Timişoara" klubunda çıxış edib.
Qeyd etmək lazımdır ki, Parks Azərbaycana transfer olunan ilk əcnəbi futbolçudur ki ölkəsinin milli yığmasının tərkibində dünya cempionatlarında iştirak edib. Məhz bu futbolçu 2002-ci ildə Yaponiyada və Cənubi Koreyada keçirilən Dünya çempionatında üçüncü yer qazanan Türkiyənin qapısına qol vurub (1:1). Ümumiyyətlə Uinston Parks artıq 10 ildir ki Kosta-Rika milli yığmasının üzvüdür. İki həftə bundan öncə bu ölkə millisinin heyyətində o, İsveçrə millisinə top vurmaqla da fərglənmişdi. Uinston Parks evlidir, iki oğlu var. Doğma olan ispan dilindən başqa ingilis və italyan dillərində də danışır
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq