Unibank Premyer Liqasının bu gün «Muğan»a qarşı Salyan keçirilmiş oyununda 0:1 hesabı ilə məğlub olan «Bakı»nın almaniyalı baş məşqçisi Vinfred Şefer futbolçularını kəskin tənqid edib. Qol.Az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Şefer qeyd edib ki, bu gün məğlub olduqları üçün futbolçularından razı qala bilməz. «Bu gün bizim əsas problemimiz odur ki, istədiyimiz oyunu nümayiş edirə bilmirik. Futbolçulara əvvəlcədən tapşırmışdım ki, ilk dəqiqələrdən pressinq tətbiq etsinlər, rəqibin bizim zonaya keçməsinə imkan verməsinlər. Meydançanın ot örtüyünün pis olduğunu əvvəlcədən bilirdim. Belə yerdə qısa ötürmələrlə oynamaq mümkün deyil. Ona görə də tapşırmışdım ki, müdafiədən hücuma uzun ötürmələr verilsin. Standart vəziyyətlərdən qol vurmalıydıq. Bir neçə belə imkan əldə etsək də, yararlana bilmədik» - deyən Şefer legioner limitilə bağlı məsələnin əsas problemləri olduğunu söyləyib: «Bildiyiniz kimi, hər oyuna üç yerli futbolçu daxil etməliyik. Amma bəzi oyunçular var ki, onlar meydanda nə etdiklərini heç özləri də bilmirlər. Konkret ad çəkmək istəmirəm. Söhbət təkcə yerli oyunçulardan yox, həm də legionerlərdən gədir. Mənim gətirdiyim legionerlər səviyyəli oyunçulardır. Amma onlar artıq ayılmalı və başa düşməlidirlər ki, Azərbaycan çempionatı zəif deyil və burada tək ayaqla oynamaq olmaz. Qələbə qazanmaq istəyirsənsə, bütün gücünü ortaya qoymalısan».
Almaniyalı mütəxəssis hakimliklə bağlı bunları söyləyib: «Onların barəsində geniş danışmaq istəmirəm. Düzdü, hakimin bəzi səhvləri oldu. Amma bu, bizim məğlubiyyətimizə haqq qazandırmır».
V.Şefer Emin Cəfərquliyevin oyunun uzatma dəqiqələrində birbaşa qırmızı vərəqə almasından məyus olduğunu bildirib: «Emin bu gün pis oynamadı. Ən azı növbəti matçda biz onun xidmətlərindən istifad edə bilməyəcəyik».
Xatırladaq ki, bundan əvvəl «Bakı» «Azal»a 2:3 hesabı ilə məğlub olmuşdu. İki oyundan sonra «Bakı»nın aktivində bir xal belə yoxdur.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq