“Qarabağ” Azərbaycanda ən güclü komandadır” - Alvaro Ampuero
“Zirə”nin perulu futbolçusu Alvaro Ampuero ölkəsinin mətbuatına müsahibə verib.
Qol.az xəbər verir ki, o, koronavirus pandemiyasına görə Azərbaycanda yaranan durumdan danışıb.
- Azərbaycanın koronavirusun ocaqlarından olan İranla sərhəddə yerləşməsi ölkədə bu xəstəliyin yayılmasında çoxmu rol oynadı?
- Yəqin ki. İlk koronavirus İrandan gələndən aşkarlanmışdı. Biz çox yaxınıq. Ona görə tezliklə təcili tədbirlər görüldü. Aeroportlar, sərhədlər bağlandı. Amma bəzi günlərdə xaricdən gələnlər vardı deyə, virus yayıldı.
- Hökumət hansı məhdudiyyətləri tətbiq edib?
- Mən çox xəbəri öz klubumdan alıram. Deyirlər ki, çox vacib iş olmadan evdən çıxmayaq. Çünki bu halda bizi küçədə cərimə edə və evə qaytara bilərlər. Mən marketə gedirəm. Digər yerlər isə bağlıdır.
- Komandanızda durum necədir?
- Son məşqimiz 20 gün əvvəl olub. Bu, beşinci gün idi. Bazar günü isə oyunumuz olmalı idi. Bizə dedilər ki, matç təxirə salınacaq, çünki virus genişlənib. O vaxtdan hər şey dayanıb. Bizə evdə məşq etmək planı verilib. Biz də evdə hazırlaşmaqla mümkün olduğu qədər formamızı saxlamağa çalışırıq.
- Bakıda Avropa çempionatının 4 oyunu təxirə salındı. Ölkədə futbola münasibət necədir?
- Burada bu idman növü çox sevilir. Burada olduğum qısa müddətdə bir çox vacib oyun gördüm. “Qarabağ” Azərbaycanda ən güclü komandadır. Hətta fanat olmayan insanlar belə stadiona gedib oyuna baxmağı xoşlayırlar. Mən bilirəm ki, Avropa çempionatından gözləntilər çox idi. İndi hər şey qeyri-müəyyəndir.
- Yerli liqa təxirə salınıb. Sizcə, oyunlar bərpa olunacaq?
- İndi bu haqda nəsə demək çətindir. Əgər artıq hər hansı qərar qəbul olunubsa belə, bizə bu haqda birbaşa heç nə deyilməyib. Burda liqanın başa çatmasına çox yox, 8 tur qalıb. Həmçinin komandamızın kubok oyunları da var.
- Yəqin ki, sizin üçün oyunların bərpası vacibdir. Axı komanda Avropaya düşmək üçün oynayır.
- Bəli. Avrokuboka getməyə imkan verən yerlərdən biri tuta bilərik. Həmçinin komandamız kubokun yarımfinalındadır. Düzü, oyunları başa vurmaq yaxşı olardı. Amma indi səhhətimizi daha çox düşünürük. Futbol ikinci plana keçib.
- Özünüzün futbolçu kimi vəziyyətiniz necədir?
- Çox yaxşı. Bura ötən ilin avqustunda gəlmişəm. Azərbaycan və futbolu barədə heç nə bilmirdim. Amma burada yaxşı mənada təəccübləndim. Bakı mənim xoşuma gəlir. Sakit şəhətdir və yaşamaq rahatdır. Liqa da yaxşıdır. Şükür ki, çox oynaya bildiyim komandanı tapdım.
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi
"Sabah" futbolçusunu potensial rəqibinə icarəyə verdi
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
"Qarabağ" bu komanda ilə qarşılaşacaq
"Şəfa"da daha iki ayrılıq
Bellinqemdən Avropa rekordu
"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmən açıqlandı
"Araz-Naxçıvan"da yeni müqavilə
"Real" bu transferi də açıqladı
"Səbail" Adil Şükürovla yolları ayırdı
Xusanov operatarou zədələdi - Şəkil
"Qəbələ"dən 1-ci liqa klubuna keçdi