“Xəzər Lənkəran” klubunun rumuniyalı baş məşqçisi Mirça Rednik ölkəsindən olan jurnalistlərə müsahibə verib. Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis Lənkərana yalnız çempion olmaq üçün gəldiyini bildirib. Onun sözlərinə görə, “Xəzər Lənkəran”ın ilk rumuniyalı baş məşqçisi kimi tarixə düşmək istəyir: “Bunu həyata keçirmək üçün isə artıq 6 rumuniyalı futbolçunu Lənkərana gətirmişəm. Bu futbolçular mənə çox tanış olduqları üçün məhz onların transferini daha məqbul saymışam. Transfer olunan futbolçulardan Konstantin Arbanas, Dieqo Ruis, Stelian Stanku, Denis Romanov və Adrian Yordaşe Lənkərana 1 milyon avroya gəlməyə razılıq veriblər. Həmin futbolçulardan yalnız Rumuniyanın “Arceş” klubundan transfer olunan Katalin Doman 200.000 dollar müqabilində klubla müqavilə imzalayıb. Lakin Zie Diabatenin “Xəzər Lənkəran”a keçidi baş tutmayacaq. Buna “Dinamo” klubunun rəhbərliyi mane oldu. Bolqarıstanlı Venkov və uruqvaylı Leytesin “Dinamo”nu tərk etməsindən sonra komandada sol cinah müdafiəçisi kimi oynaya bilən bir futbolçu – Bazzi qalırdı. Bunu nəzərə alan rəhbərlik Diabateni saxlamağı lazım bilib”.
Bununla belə, Rednikin komandası Azərbaycan Premyer Liqasının ilk turunda ingilis mütəxəsis Toni Adamsın komandası olan “Qəbələ”ni 1-0 hesabı ilə məğlub etməklə öz iddiasını ortaya qoymuş oldu. Necə deyərlər, Rednikin rəsmi debütü onun üçün uğurlu oldu. Qeyd edək ki, bu oyunda rumun futbolçulardan yalnız Stelian Stanku və Dieqo Ruis iştirak edib. Rednik “Xəzər Lənkəran” klubunun 15.000 tamaşaçı tutumuna malik olan stadionunun UEFA tərəfindən tanınmasını da komanda üçün müsbət hal sayıb: “Gələcəkdə Avropa turnirlərindəki oyunları Lənkəranda qəbul etməyimiz bizim xeyrimizə işləyəcək. Azarkeşlərin də çılğın olması məni heyran edir. Bildiyimiz kimi, futbolun inkişafında pul vacib şərtdir. Dünya ölkələrində iqtisadi böhran olmasına baxmayaraq, bir neçə tanınmış futbolçu öz karyerasını Azərbaycanda davam etdirmək istəyir. Bu isə ölkədə futbolun inkişaf etdiyini göstərir. Kamerunlu Joel Epalle və toqolu Dare Nibombenin “Bakı”da, latviyalı Andrey Rubinsin “Qarabağ”da, belçikalı Emil Mpenza və makedoniyalı İqor Mitreskinin “Neftçi”də və yamaykalı Deon Bartonun “Qəbələ”də çıxış etmələri buna əyani sübutdur. Bundan əlavə Toni Adams, Vinfred Şefer, Berti Foqs kimi tanınmış futbol mütəxəsislərinin də Azərbaycanda çalışması bu ölkənin futbolunun yaxın gələcəkdə yüksək inkişafa nail olacağını göstərir”.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq