Avropa Liqasının dördüncü təsnifat mərhələsində Almaniya təmsilçisi “Borussiya” ilə qarşılaşacaq “Qarabağ”ın Dortmund klubu ilə səfər oyununu idarə edəcək hakim də müəyyənləşib. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, təmsilçimizin Dortmundda keçiriləcək ilk oyununa rumıniyalı referi Pavel Kristian Balaj təyinat alıb.
Balaj 1971-ci il avqustun 17-də Rumıniyanın Baya Mare şəhərində anadan olub. Hakimlik həyatına başlamamışdan qabaq futbolçu kimi Rumıniya çempionatında çıxış edib. O, anadan olduğu şəhərin komandası “FK Baya Mare”də forma geyib. Hakimlik karyerasına isə 1994-cü ildə başlayıb. Pavel Rumıniyanın birinci liqasında ilk oyununu 2000-ci ildə idarə edib. 2003-cü ildən isə FİFA referisidir. Beynəlxaq arenada ilk sınağı 2005-ci ildə, Portuqaliyada yerli “Gimaraynş” – “Beşiktaş” (1 – 3) qarşılaşması olub. Yarışlar “Avroliqa” adı altında keçirildikdən sonra 4 oyunda baş hakim vəzifəsini icra edən Pavel bu matçlarda 15 sarı vərəqə göstərib. Bununla belə, heç bir oyunçunu meydandan kənarlaşdırmayıb. 1 dəfə isə 11 metrlik cərimə zərbəsi təyin edib. 38 yaşlı FİFA referisi 2008-ci ildə Rumıniyada “ilin hakimi” adına layiq görülüb.
Qeyd edək ki, Almaniyanın ən böyük stadionlarından hesab olunan “Siqnal İduna Park” arenasında keçiriləcək “Borussiya” – “Qarabağ” qarşılaşması avqustun 19-da Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. Avqustun 26-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək cavab oyunu saat 21:00-da start götürəcək və belçikalı ədalət təmsilçisi Serge Qumyenni tərəfindən idarə olunacaq.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq