“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednikin Rumıniyada oynayan daha bir futbolçunu transfer etmək niyyəti məlum olub. Qol.Az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis əvvəllər çalışdırdığı Buxarest “Dinamo”sunda forma geyinən Zie Diabatenin transferini gerçəkləşdirib. Rumınlar artıq bu legionerin lənkəranlılarla bir il müddətinə müqavilə bağladığını iddia edirlər. Anlaşmanın şərtləri də məlumdur. Xəbərdə bildirilir ki, “Dinamo” Kot d’İvuarlı müdafiəçinin keçidindən qazanmayacaq. Çünki cənub təmsilçisi bir illik müqaviləyə görə, yalnız afrikalının özünə pul ödəyəcək. Bunu iddia edən rumın həmkarlarımız Diabatenin bu müddət üçün 200 min avro alacağını yazır. “Dinamo” isə yalnız bir halda qabağa düşə bilər. Gələn ilin yayında “Xəzər Lənkəran” bu futbolçunu heyətində saxlamaq istəyəcəyi halda, Buxarest klubuna 200 min avro ödəməli olacaq.
Maraqlıdır ki, Adrian Yordaşe kimi, Diabatenin də transferi ilə bağlı Lənkəran klubundan rəsmi açıqlama verilmir. Lakin “Dinamo”nun baş məşqçisi İoan Andone afrikalının karyerasını Azərbaycanda davam etdirəcəyini təsdiqləyib. O bildirib ki, sol cinah oyunçusu artıq Azərbaycana səfərlə bağlı sənədləşmə işləri ilə məşğuldur: “Zie Diabatenin “Xəzər Lənkəran”a keçidi 2 günə həll olunmalıdır. Bu da futbolçumuzun Azərbaycana viza məsələsi ilə bağlıdır. Bunun həlli üçün Zie Fransaya yollanıb. O, bu müddət ərzində aldığı təklifi bir daha müzakirə də edə bilər”.
Qeyd edək ki, gənclərdən ibarət Kot D’İvuar yığmasında da oynayan Diabate 5 il əvvəl 17 yaşlılar arasında dünya çempionatının final mərhələsində də iştirak edib. Müdafiənin həm mərkəzində, həm də solunda oynayan Zie “Dinamo”da 2008-ci ilin aprelində debüt edib. 2008-ci ilin aprelindən isə Buxarest təmsilçisində çıxış edir.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq