Bu gün futbol üzrə əsas yığma komandamız növbəti yoxlama oyununu keçirəcək. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis Berti Foqtsun rəhbərlik etdiyi millimiz Küveytlə qüvvəsini sınayacaq. Bakıda, Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq qarşılaşma yığmamız üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu qarşılaşma startına cəmi bir ay qalan seçmə mərhələ ərəfəsində komandamızın üzvləri üçün son sınaq olacaq. Axı komandamız sentyabrın 7-də Kölndə Almaniya millisi ilə görüşəcək. Bu isə o deməkdir ki, Foqts həmyerliləri ilə çətin görüş üçün heyəti müəyyənləşdirməyə, futbolçularımız isə özlərini göstərib, həmin heyətə düşmək imkanı əldə edəcəklər. Ardından isə növbəti seçmə mərhələyə start veriləcək. Xatırladaq ki, DÇ-2010-nun seçmə mərhələsi başa çatandan bəri 7 yoxlama görüşü keçirən Foqtsun komandası sabahkı matçla AÇ-2012-nin seçmə mərhələsinə hazırlığını yekunlaşdırmış olacaq.
Yeri gəlmişkən, Küveytlə bu günkü oyunda Azərbaycan yığması üçün yeni tarix yazılacaq. Çünki matçın keçirildiyi avqustun 11-i millimiz üçün yeni tarixdir. İndiyədək komandamız heç vaxt bu tarixdə meydana çıxmayıb. Baxmayaraq ki, millimiz indiyədək 15 dəfə avqust ayında oyun keçiib. Sadəcə, həmin görüşlərin heç biri ayın 11-nə təsadüf etməyib. Ümumilikdə, bu ay 4 qələbə qazanan futbolçularımızın hesabında 5 heç-heçə və 6 məğlubiyyət var.
Maraqlıdır ki, yığmamızın bu ənənəsi Küveyt üçün də eyni baxımdan münasibdir. Yəni qələbəmiz onların da avqust ənənəsinin qırılmamağına kifayət edəcək. Çünki ərəblər tarixləri ərzində ilin 8-ci ayında heç vaxt qələbə qazanmayıblar.
Millimizin Küveytlə qarşılaşmada tarixinin 167-ci oyununa çıxacağını da vurğulayaq. 18 illik tarixi ərzində cəmi 29 qələbə qazanan komandamız ərəblərlə görüşə yubiley arzusu ilə çıxacaq. Son 3 qarşılaşmasında qələbə qazana bilməməklə, 30-cu uğuru hər dəfə təxirə salan futbolçularımız doğma azarkeşlər qarşısında buna nail olmalıdır. 30-cu qələbəni Bakıda qazanmağa çalışacaq Foqtsun komandası indiyədək 41 dəfə meydanı heç-heçə ilə tərk edib. 96 dəfə uduzan yığmamızın top fərqi də ürəkaçan deyil – 112:294.
Küveytlə qarşılaşma həm də 89-cu yoxlama matçı kimi tarixə düşəcək. Qələbələrinin çoxunu bu görüşlərdə qazanan millimiz 23 dəfə rəqiblərini məğlub edib. Daha 29 matçda “sülh”ə imza atan futbolçularımız 36 dəfə rəqibinə uduzub. Bu matçlardakı top fərqi də səviyyə fərqini göstərir – 81:120.
Qeyd edək ki, saat 21:00-da Tofiq Bəhramov adına respublika stadionunda start götürəcək Azərbaycan – Küveyt qarşılaşmasını qonşu Rusiyadan olan hakimlər briqadası idarə edəcək.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq