Cari mövsümdə ilk cəzalanan klub MOİK oldu

Cari mövsümdə ilk cəzalanan klub MOİK oldu
ÖLKƏ FUTBOLU 10 Avqust 2010 / 12:42 2187
-  A +

Bu gün AFFA İntizam Komitəsinin cari mövsümün oyunlarıyla bağlı ilk iclası keçirilib. Qol.Az-ın məlumatına görə, müzakirələrdən sonra Unibank Premyer Liqasının birinci turu ilə bağlı yeganə cəza qərarı çıxarılıb ki, bu da yenidən elitaya qayıdan MOİK-lə bağlı olub. 8 avqust 2010-cu il tarixində keçirilən MOİK – “Muğan” matçında meydan sahibləri 3:2 hesabıyla qələbə qazansa da, MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Daha çox


Son xəbərlər