“Qarabağ” tarix yazır. Ötən ildən başlayan zəfər yürüşü bu il də davam edir. “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə avrokuboklarda 3 mərhələ adladı. Ağdamlıların pley-off mərhələsinə qədər gəlməsində komandanın yeni legioneri Ansi Aqollinin də əməyi var. Çoxları Elnur Allahverdiyevin “Xəzər Lənkəran”a keçidindən sonra, bu mövqedə boşluqların olacağını düşündüyü bir vaxtda, alban müdafiəçi səliqəli və ağıllı oyunu ilə bədbin fikirləri alt-üst etdi. Ansi “Visla” ilə oyunda məhsuldar ötürmə verərək qələbədə böyük pay sahibi oldu. “Komanda” qəzetinin əməkdaşları Aqolliylə söhbətdə təkcə futboldan danışmayıb…
- Əvvəlcə səni qələbə münasibətiylə təbrik edirik.
- Çox sağ olun. Təşəkkür edirəm. Azarkeşlərimiz buna layiq idi.
- “Qarabağ”a gəlişində çox güman Admir Telinin rolu olub, hə?
- Bəli. Admirlə dostuq. Albaniya yığmasında bir yerdə oynamışıq. Komandaya gələndə onunla məsləhətləşdim. Götür-qoy etdim. Admir də burda hər şeyin yüksək səviyyədə olduğunu bildirdi. Gəlməyimə peşman deyiləm.
- “Qarabağ”da icarə əsasında oynayırsan. İcarə müddəti bitəndən sonra burda qalmaq istəyirsənmi?
- Əlbəttə, istəyirəm. Amma bu, mənlik deyil. Bunu baş məşqçi müəyyənləşdirir. İcarə müddətim bitdikdən sonra istəsələr, qalıb oynayaram. Burda mənə hər bir şərait yaradılıb. Çox razıyam - həm rəhbərlikdən, həm komanda yoldaşlarımdan, həm də azarkeşlərdən.
- Evlisən?
- Nişanlıyam. Yaxın vaxtlarda evlənməyi planlaşdırıram.
- Evləndikdən sonra həyat yoldaşını bura gətirmək fikrin var, yoxsa Albaniyada qalacaq?
- İnşallah, evləndikdən sonra mən hansı ölkədə oynayacağamsa, yoldaşımı da həmin ölkəyə aparacam.
- Albaniya ilə Azərbaycan arasında oxşar cəhətlər var?
- Hər iki dövlət İslam ölkəsidi. Hər ikisi qardaş ölkələrdi. Bir çox oxşar xüsusiyyətlərimiz var. Məhz bu oxşarlıqlara görə burda darıxmıram.
- Azərbaycandan əvvəl Ukraynada legioner həyatı yaşamısan. Azərbaycan və Ukrayna futbolu müqayisəyə gəlir?
- Futbolu müqayisə etmək olmaz. Ukraynada sürətli oyuna üstünlük verirlər. Düzdü, Azərbaycanda da futbol sürətlə inkişaf edir. Bu göz qabağındadı və təqdirəlayiq bir əlamətdi. Krivbassla Bakını müqayisə etdikdə isə deyə bilərəm ki, hər ikisi gözəl şəhərdi. Gəzməli yerləri çoxdu.
- Deyəsən, Bakını yaxşıca gəzməyə imkan tapmısan…
- Yox, hələ ki, şəhəri tam gəzməyə imkanım olmayıb. Avroliqada mübarizə apardığımız üçün vaxtım olmur. İnşallah, vaxtım olanda Bakının gəzməli, görməli yerlərində olacam.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq