“Qarabağ” rekord müəyyənləşdirən azarkeşlərin önündə oynayacaq

“Qarabağ” rekord müəyyənləşdirən azarkeşlərin önündə oynayacaq
ÖLKƏ FUTBOLU 8 Avqust 2010 / 14:05 3203
-  A +

Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” son mövsümdə qitə miqyasında rekord müəyyənləşdirən azarkeşlərin önündə mübarizə aparmaq məcburiyyətində qalıb. Qol.Az-ın məlumatına görə, Avropa Liqasının dördüncü təsnifat mərhələsində təmsilçimizlə görüşəcək Almaniyanın “Borussiya” klubu azarkeşlərinin sayəsində qitə rekordunun sahibidir. Məsələ burasındadır ki, 2009/10 mövsümünün yekunlarına görə Dortmund təmsilçisi ev oyunlarında ən çox tamaşaçı toplayan Avropa klubu adını qazanıb. Almaniya klubunun son ölkə çempionatının hər qarşılaşmasını orta hesabla 77284 seyrçi izləyib. Yeni adı “Siqnal İduna Park” olsa da, əvvəlki adı ilə (“Vestfalenştadion”) tanınan arenanın ümumi tutumu isə 81264 nəfərdir.

Daha çox


Son xəbərlər