Avroliqada yeganə təmsilçimiz olan “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi bu gün keçirilən püşkatmadan sonra bəlli oldu. Qol.Az-ın məlumatına görə, qrup mərhələsinə düşmək üçün “Qarabağ” Almaniyanın iddialı klublarından olan “Borussiya” (Dortmund) komandasını mübarizədən kənarlaşdırmalıdır. Gəlin “Qarabağ”ın rəqibini daha yaxından tanıyaq.
Almaniyanın Dortmund şəhərində 1909-cu ildə yaradılan “Borussiya” klubu ümumilikdə 6 dəfə Bundesliqanın qalibi olub. Klub bu titullara 1956, 1957, 1963, 1995, 1996 və nəhayət 2002-ci illərdə sahib çıxıb.
İki dəfə gümüş medal (1963, 2008) və ölkə kubokunu qazanan (1965, 1989) “Borussiya” dörd dəfə ölkə Superkubokuna (1989, 1995, 1996 və 2008) sahib çıxıb. Beynəlxalq miqyasda da uğurları olan dortmundluların ən böyük zəfəri 1997-ci ildə Çempionlar Liqasını qazanmasıdır. Klubun əsas yüksəlişi 1991-ci ildə Otmar Hitsfeldin baş məşqçi postuna gəlişindən sonraya təsadüf edir. Təcrübəli alman mütəxəssis 1997-ci ildə komandaya “Qitələrarası kubok”u da qazandırdı. 1993-cü ildə Hitsfeldlə UEFA kubokuna da yiyələnən “Borussiya”nın son uğurları 2002-ci ilə təsadüf edir.
Belə ki, komanda Mattias Zammerin rəhbərliyi altında həmin vaxt sonuncu dəfə ölkə çempionluğuna yiyələnib və UEFA kubokunun finalında Hollandiya “Feyenoord”una məğlub olaraq gümüş medallara layiq görülüb. Yeri gəlmişkən, Zammer 1996-cı ildə Berti Foqtsun rəhbərliyi altında Almaniya yığmasının heyətində Avropa çempionluğuna, Avropanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına da sahib çıxıb.
“Borussiya”nı 2008-ci il iyulun 1-dən Yurgen Klopp çalışdırır. 43 yaşlı mütəxəssis debüt mövsümündə 6-cı, ikinci ilində 5-ci yeri tutub. Komandanın Avroliqaya çıxması baş məşqçisi ilə müqavilənin 2012-ci ilin yayına kimi uzadılması ilə nəticələndi. Rəsmi forması sarı-qara olan “Borussiya” ev oyunlarını 80552 tutuma malik olan “İduna Park” stadionunda keçirir.
Sebastyan Kelin kapitanı olduğu komandanın heyətində almaniyalı Dede, türkiyəli Nuri Şahin, tunisli Məhəmməd Zidan, paraqvaylı Nelson Valdes kimi tanınmış futbolçular oynayır. 2008-ci ildə “Lex”in heyətində “Xəzər-Lənkəran”a Bakıda vurduğu yeganə qolla komandasına qələbə qazandıran Robert Levandovski “İnter”lə oyun öncəsi “Borussiya”ya transfer olundu. Göründüyü kimi, polşalı hücumçu “İnter”ə qarşı oynaya bilməsə də, “Qarabağ”la oyunda iştirak edə biləcək . Bu görüşdə onun necə çıxış edəcəyini isə zaman göstərəcək.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq