Avropa Liqasının üçüncü təsnifat mərhələsinin bu gün «Qarabağ» və «Visla» klubları arasında keçiriləcək cavab oyunu Polşa mətbuatının da diqqət mərkəzindədir. Qol.Az-ın məlumatına görə, «Dziennik Polski» qəzetinin bugünkü sayında dərc edilmiş «Bakıya, «cəhənnəm»ə xoş gəlmisiniz!» başlıqlı yazıda Azərbaycan paytaxtı haqda xoş sözlər deyilməklə yanaşı, maşınların, xüsusilə avtobusların qaydalar çərçivəsinə sığmayan hərəkətləri haqda tənqidi fikirlər səslənib.
Yazıda «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun dünən keçirilən mətbuat konfransında Polşalı jurnalistlərə ehtiramla dediyi «Bakıya xoş gəlmisiniz» sözləri həmkarlarımızın diqqətindən yayınmayıb.
«Azərbaycanlı fanatlar bu oyuna xüsusi hazırlıq görürlər. Komandanın məşqində olarkən biz bir qrup azarkeşin əlindəki şüara rast gəldik. Orada yazılan sözün mənası belə idi: «Cəhənnəmə xoş gəlmisiniz». Bəli, oyun günü Bakıda hava çox isti olacaq. Amma bu şüar heç də havanın hərarətinə görə hazırlanmayıb. Sadəcə olaraq, bugünkü matçda stadionda böyük ajiotaj gözlənilir».
Polşalı jurnalistlər oyuna bütün biletlərin satıldığını və matçı 30 minədək azarkeşin izləyəcəyini yazıb.
Azərbaycanda «Qarabağ» komandasının populyar olduğunu yazan polşalı jurnalitslər bunu klubda yerli futbolçuların sayının çoxluğu ilə əlaqələndirib.
«Visla»nı Bakıda ağır oyun gözləyir. Polşalı futbolçular da bunu bilirlər. Amma onlar matça yüksək əhval-ruhiyyədə yollanıblar» - deyə yazıda qeyd edilib.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq