Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yekun vurulacaq. Qol.Az-ın məlumatına görə, sözügedən turnirdə yeganə təmsilçimiz olan “Qarabağ”ın taleyinə də məhz bu gün aydınlıq gələcək. Ağdam klubu Polşa “Visla”sı ilə “ölüm-qalım” savaşına çıxacaq.
Ötən il olduğu kimi, bu il də azarkeşlərimizə daha çox sevinc yaşatmağı bacaran Qurban Qurbanovun komandası səfərdə qələbə qazandığından, mərhələ keçəcəyinə şübhə edən yoxdur. Çünki təmsilçimizin qələbəsini şərtləndirən xeyli amillər var. Ən azı ona görə ki, cavab oyununda istənilən heç-heçə də bizi qane edir. Oyun doğma meydanda, azarkeşlərimizin güclü dəstəyi altında oynanılacaq ki, bu da böyük üstünlükdür. Üstəlik qarşılaşmanı qardaş Türkiyədən olan hakimlər briqadası idarə edəcək ki, onların digər avropalı referilərdən fərqli bizə qarşı qərəzli münasibət göstərməsi inandırıcı görünmür. Həmçinin ilk oyundan fərqli bu dəfə meydan Polşadakı kimi sulu, hava sərin olmayacaq. Bu isə rəqib komandanın əleyhinə işləyən amillərdəndir. Yeganə maneə vardırsa, o da psixoloji səddir. Lakin inanırıq ki, yetirmələrini psixoloji cəhətdən gözəl hazırlamağı bacaran Qurbanov bu dəfə də onların arxayınlaşmasına imkan verməyib, onların tarixi uğura imza atmasına nail ola biləcək. Axı Ağdam klubu üçün gözəl fürsət ələ düşüb və komanda üçüncü mərhələni də keçməklə tarix yazıb, ikinci dəfə pley-offa düşə bilər. Həmin mərhələdə isə bizi “Yuventus”, “Liverpul”, “Beşiktaş” kimi adlı-sanlı, güclü rəqiblərdən biri gözləyəcək. Qitə miqyaslı turnirdə səfərdə ilk xal, qələbə qazanan, ilk mərhələ adlayan və UEFA kubokunun xələfi olan Avroliqada birinci olaraq iki mərhələ keçən “Qarabağ”ın bu tarixi zəfəri də yazacağına inanırıq.
“Qarabağ”ın “Visla” səddini keçəcəyinə inamımızı artıran daha bir amil var ki, bu da statistik göstəricilərlə bağlıdır. Məsələ burasındadır ki, komandamız cari mövsümdə avrokuboklarda məğlubiyyətin nə olduğunu bilmir. Ötən mövsüm Hollandiya “Tvente”si ilə Bakıdakı qolsuz bərabərliyi də nəzərə alsaq, bu seriya artıq 6 oyundur davam edir.
Çətin oyun ərəfəsində komandamızın düşərgəsində heç bir ciddi itkinin olmaması hamımızı sevindirməyə bilməz. Lakin “Qarabağ”dan fərqli “Visla”nın düşərgəsində itkilər var ki, bu da işimizə yaraya bilər. Polşalılar bu günkü oyun ərəfəsində daha bir itkiylə üzləşib. Braziliyalı müdafiəçi Kleberin ardınca yarımmüdafiəçi Lukaş Qarqula da sıradan çıxıb və Bakıda meydana çıxa bilməyəcək. Məşqdə ombasından zədə alan futbolçu müayinədən keçəndən sonra ölkəmizə gətirilməsinə də ehtiyac duyulmayıb. Bundan əlavə, polşalıların daha bir müdafiəçisi Petr Sinqlar da zədədən əziyyət çəkir. Dünən Bakıda məşqə çıxan Petr sona qədər çalışa bilməyib və meydanı axsaya-axsaya tərk edib. Daha bir mərkəz müdafiəçisi Qordon Bunoza isə ilk matçda qırmızı vərəqə aldığından cəzalıdır. Göründüyü kimi, rəqib komandanın heyətində itkilər heç də az deyil. Amma geniş heyətə malik “Visla”nın geniş ehtiyat oyunçular skamyası var və buna görə arxayınlaşmağımız yolverilməzdir. İstənilən halda “Visla”ya bu günkü oyunda qələbə lazım olduğundan, ilk dəqiqələrdən böyük qüvvə ilə hücuma atılacaq. Bu isə müdafiədə problemləri olan rəqibin arxa xəttində boşluqlar yarada bilər ki, əks-hücumda yaxşı oynayan “Qarabağ” bundan maksimum istifadə etməlidir.
Qeyd edək ki, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq “Qarabağ” – “Visla” oyununu türkiyəli Bülənt Yıldırımın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq