Avropa Liqasında sabah Polşanın «Visla» klubunu qəbul edəcək «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, tədbirdə Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- «Visla» ilə oyuna böyük maraq var. Biz bu oyunun məsuliyyətini yaxşı dərk edirik. Baxmayaraq ki, səfərdən sərfəli nəticəylə dönmüşük, biz «Visla»nı çox ciddi rəqib kimi qəbul edirik. Onlar düşündüyümüzdən də güclüdür. Biz ilk oyunda rəqibi və onun futbolçularını daha yaxından tanıdıq. Sabah hər iki komandanı çox ağır oyun gözləyir. Biz sonadək mübarizə aparıb istədiyimiz nəticəni qazanmağa çalışacağıq. Və qalib gəlmək üçün meydana çıxacağıq. Futbolçular da məsuliyyəti yaxşı dərk edirlər.
- Sabah daha çox müdafiəyə diqqət yetirəcəksiniz, yoxsa hücumda oynayacaqsınız?
- Biz ilk növbədə rəqibə oynamağa imkan verməməli və topu özümüzdə saxlamalıyıq. Fərqi yoxdur, meydanın hansı hissəsində.. İlk növbədə çalışacağıq ki, müdafiədə səhvsiz oynayaq və qol buraxmayaq. Amma eyni zamanda biz təkcə müdafiə olunmaq barədə deyil, hücum etmək haqda da fikirləşirik. Bilirik ki, rəqib ilk dəqiqələrdən pressinq tətbiq edəcək. Buna hazırlaşırıq. Düşünürəm ki, sabah o qədər də müdafiə futbolu alınmayacaq. Biz daha çox hücumda oynayacağıq.
- «Qarabağ»ın futbolçuları qol imkanlarından lazımınca istifadə edə bilməyib. Bu mənada, komandanıza yeni hücumçu gətirmək barədə fikirləşirsiniz?
- Yox, bu haqda düşünmürəm.
- Amma növbəti mərhələdə «Qarabağ»a səviyyəli hücumçu lazım ola bilər.
- Biz hələ növbəti mərhələ barədə fikirləşmirik ki, təzə oyunçu da alaq. Sabah əlimizdən gələni edəcəyik ki, maksimum nəticə əldə edək və qələbə qazanaq. Bu, nə dərəcədə alınacaq, sabahkı oyunda hamımız görəcəyik. Belə komandalara qarşı qol imkanlarımızın çox olması bizi sevindirir. Bu varsa, qol da olacaq. Bizim transferlərimiz artıq bitib və yetərincədir. Çalışacağıq ki, sabah ən azı bir qol vuraq.
- Rauf Əliyev Avroliqa mövsümündə niyə qol vura bilmir?
- Axı, bu mövsüm Avropada elə çox oyunumuz olmayıb ki... Avropa oyunları elədir ki, hətta bir qol da kifayət edir. Bəli, Rauf qol vura bilmir, amma onun başqa üstünlükləri var ki, ondan istifadə edirik. O, qol da vuracaq. Tələsmək lazım deyil. Raufun üstünə bu qədər düşməyin. Qol da vuracaq, oynacayaq da. Yaxşı futbolçudursa, yaxşı hücumçu kimi də yetişəcək. Ən başlıcası odur ki, Rauf kollektivimizə uyğun futbolçudur.
- İlk oyunda zədələnən Andrey Rubins sabah oynayacaqmı?
- Bəli. Yəqin ki, start heyətində meydana çıxacaq.
- Əgər «Visla» əsas vaxtda 1:0 hesabı ilə qələbə qazansa və hər şey penaltilər seriyasına getsə necə olacaq? Siz məşqlərdə penaltilər üzərində işləyirsinizmi?
- Mən bu haqda heç düşünməmişəm və düşünmək də istəmirəm. Bunu etsək, futbolçuya psixoloji təsir etmiş olarıq.
Düzdür, cərimə zərbələri üzərində futbolçular işləyirlər. Amma dediyim kimi, penaltilər üçün hazırlaşmırıq.
- Futbolçularınız oyuna psixoloji tərəfdən hazırdılarmı?
- Bəli.
- İsti hava sizi narahat etmir ki?
- Yox. Təbiətdə pis hava yoxdur.
- Növbəti rəqibin kim olmasını istərdiniz?
- Gəlin, sabahkı oyun haqda düşünək. Baxmayaraq ki, səfərdən sərfəli hesabla dönmüşük, belə oyunlar lotoreya kimi bir şeydir. Bu gün bizi yalnız «Visla»yla oyun maraqlandırır. Biz sabah məğlub da ola bilərik.
- Şansları necə dəyərləndirisiniz?
- 50-50-yə.
- İlk oyunda qələbə qazanmısınız. Rəqibin qola daha çox ehtiyacı var. Belə düşünmək olarmı ki, müdafiə olunacaqsınız?
- Əksinə bizim də qol vurmağa ehtiyacımız var.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq