Avroliqanın üçüncü təsnifat mərhələsindəki yeganə təmsilçimiz “Qarabağ”ın rəqibi Polşanın “Visla” klubu bu gün günorta saatlarında ölkəmizə gəlib. Qol.Az-ın məlumatına görə, hava limanında jurnalistlərin suallarını cavablandıran komandanın baş meneceri Yaroslav Kraçkov oyunla bağlı öz fikirlərini bölüşüb. “İlk oyunda “Qarabağ” daha yaxşı oynadı və qələbə qazandı. Bir neçə qol imkanından yararlana bilmədiyimiz üçün təəssüf hissi keçiririk. Oyunun sonunda penaltini qola çevirə bilsəydik, daha yaxşı olardı. Lakin artıq bu oyunu unutmuşuq. Bütün diqqətimizi sabahkı oyuna yönəltmişik. Bizi çox gərgin oyun gözlədiyini bilirik. Bakıdakı qarşılaşmada öz oyunumuzu diktə etməyə çalışacağıq. Heyətdə bir neçə itkinin olması da bizim işimizi çətinə salacaq. Bununla belə, Bakıya yalnız qələbə dalınca gəlmişik. İnanıram ki, növbəti mərhələyə məhz “Visla” klubu çıxacaq”.
Anri mükafatlandırıldı
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib