«Qarabağ»ın gənc yarımmüdafiəçisi Əfran İsmayılov sabah Polşanın «Visla» klubuna qarşı keçiriləcək Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu ərəfəsində Qol.Az-ın suallarını cavablandırıb
- Hazırlıq prosesi necə gedir? «Qarabağ» oyuna hazırdımı?
- Hazırlığımız super səviyyədə keçir. Oyuna ciddi hazırlaşırıq. Şükür, zədəli, cəzalı futbolçumuz yoxdur. Hər gün rəqib komandanın iştirakı ilə keçirilən oyunun diskinə baxır və təhlil edirik. Komandamız oyuna tam hazırdır.
- «Visla»da daha çox hansı xəttin oyunu sizi narahat edir?
- Hücum xətti və hücumçuları çox güclüdür. Bu, bizi narahat etməyə bilməz.
- İlk oyunda sənə qarşı xüsusi tədbir görülmüşdü. Bir növ tələ qurmuşdular. Yəqin ki, cavab matçında da belə olacaq. Buna qarşı tədbir görmüsən?
- Bəli, doğrudan da, orada mənə qarşı xüsusi hazırlaşmışdılar. Dediyiniz kimi, Bakıda da eyni hal təkrarlanacaq. Amma mən özüm də «Visla»nın bu tələsinə qarşı xüsusi hazırlıq görmüşəm.
- İlk matçdakı qələbədən sonra komandanızda hansısa arxayınçılıq var?
- Yox, belə bir şey ola bilməz. Gəlin etiraf edək ki, birinci hissədə bizim bəxtimiz də gətirdi. Onların nə qədər qol imkanı oldu. Yalnız ikinci hissədə rəqib azlıqda qalandan sonra bizdə qol epizodlarının sayı çoxalmağa başladı. Bütün komanda «Visla»nın gücünə bələddir. Ona görə də ehtiyatlı olmaq lazımdır. Sabah hər şey ola bilər. Hər şeydən öncə qol buraxmamağa çalışmalıyıq.
- Bu sualı təsadüfən vermədim. Yadındadırsa, «Portadaun»la Bakıdakı oyunda da komandada arxayınçılıq yaranmışdı. Nəticədə rəqib bir qol vurdu və «Qarabağ» çətin vəziyyətə düşdü. Bu mənada, eyni hal təkrarlana bilərmi?
- Yox, qətiyyən… Biz də anlayırıq ki, «Visla» «Portadaun»lan qat-qat güclü komandadır. Bilirik ki, «Visla» adi epizodlardan məharətlə istifadə edib qol vura bilən bir komandadır. Orada hücumlara sürətlə qoşulan və güclü futbolçular toplaşıb.
- Belə başa düşdüm ki, sən özün də «Qarabağ»ın indidən növbəti mərhələdə görən şəxslərlə razılaşmırsan.
- Doğrudur. İnanın ki, özümüzü dördüncü mərhələdə görmürük. Bu fikir heç ağlıma da gəlmir. Çünki «Visla»nı Polşada gördük. Amma yenə də biz çıxıb meydanda canımızı qoymalıyıq ki, mərhələ adlayaq. Bir daha deyirəm, çox çətin olacaq.
- Konkret sənin özündən də gözləntilər çoxdur. Xüsusilə Avroliqada dörd qol vurandan sonra hamı səni yarışların bombardirlər siyahısında ilk pillələrdə görmək istəyir.
- Qol vurduğuma görə çox sevinirəm. İnşallah, çalışacağam ki, əlimə düşən qol imkanlarından maksimum yararlanım. Amma təkrar edirəm, indi məni əsasən komandamızın uğuru maraqlandırır. Qolu mən yox, Rauf vursun, təki mərhələni adlaya bilək.
- Bilirəm, bəlkə də bu sualı vermək hələ tezdir. Amma yenə də… «Visla»nı keçsək, hansı ölkənin klubu ilə qarşılaşmaq istərdin?
- Dediyiniz kimi, bu haqda danışmaq hələ tezdir. Sabahkı oyunu yola verək, sonra danışarıq.
"Jirona"dan "Araz-Naxçıvan"ın rəqibinə keçdi
"Qarabağ" Dublindədir - Şəkillər
Sabiq "Qalatasaray"lı Türkiyəyə qayıtdı - Rəsmi
"Qəbələ"nin legioneri "Şamaxı"da baxışdadır
"Kəpəz" "Qəbələ" ilə qarşılaşdı
"Şamaxı" "Karvan"a qalib gəldi
Yeni transfer Liverpuldadır
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Neftçi" məşqçisi ilə yollarını ayırdı
"Atletiko"dan "İnter Mayami"yə
"Bavariya" "Liverpul"un oyunçusu ilə razılığa gəldi
Azərbaycan klublarının Konfrans Liqasında potensial rəqibləri müəyyənləşdi - Yenilənib
"Qarabağ"ın cavab oyununun hakimləri bilindi
"Roma" yeni transferini açıqladı
Çempionlar Liqası: 3-cü təsnifat mərhələsinin püşkü
Jurnalistlərlə futbol veteranlarının oyunu keçirildi
"Səbail" yay hazırlıq planını açıqladı
Tanınmış klub superkubok yarışından imtina etdi
"Roma" onun üçün 30 milyon ödəməyə hazırdır
"Onlara dedim ki, biz cəhənnəmə gedirik?" - Mahir Emreli
"Qarabağ"ın Dublin proqramı
"Hayduk"la oyunqabağı "Zirə" və Rəşad Sadıqovdan danışdı
"Napoli" müdafiəçi aldı
"Qarabağ" azarkeşlərinə müraciət edib
Messi 5-ci dəfə MLS-in ən yaxşısı seçildi
Yalnız "Arsenal"ı istəyir
Luis Enrike "Real"ın oyunçusunu istəyir
Mourinyo öz gələcəyindən danışdı
Renat Dadaşov Polşa klubunda debüt etdi
"Roma" yeni transferini açıqladı
Azərbaycan güləşçilərindən 1 qızıl, 1 bürünc medal
Morata İtaliya klubuna keçəcək
"Portu"dan "Feyenoord"a - Rəsmi
"Atletiko"nun futbolçusu "Trabzonspor"a keçir
Millimizin sabiq üzvü bu kluba keçdi
"Çempionlar Liqasının finalını idarə etməyi arzulayıram" - Azərbaycanlı FİFA referisi
PSJ-nin qapıçısı "Milan"a keçə bilər
"Mançester Yunayted" bu hücumçunu transfer etdi
"Mançester Siti"nin yeni formaları - Şəkillər
Ozan Canlı "Volendam"dan heç-heçə
Azərbaycan millisindən 2 qızıl, 1 gümüş medal
Olimpiya çempionu 44 yaşında vəfat etdi
"Barselona" tarixinin yeni rekordu