Türkiyənin «Nilufərspor» klubunun baş məşqçisi, «Qarabağ»ın sabiq çalışdırıcısı Mehmet Akın Qol.Az saytına müsahibəsi
- Hazırda nə işlə məşğul olursunuz?
- Türkiyənin 2-ci liqasında mübarizə aparan “Nilüferspor»un baş məşqçisi vəzifəsində çalışıram. Komandamızda hər şey yolunda gedir. Növbəti mövsümə hazırlaşırıq. İndi Qızılcahamamda təlim-məşq toplanışındayıq.
- Builki hədəfləriniz nədən ibarətdir?
- Həmişə olduğu kimi, bu il də yalnız bir hədəfimiz var: çempionluq. Buna nail olacağımıza inanıram.
- Bir müddət öncə hazırkı komandanızın rəhbərliyilə aranızda problemlər olmuşdu. Ona görə komandadan ayrılmışdınız. Görünür, daha problemi geridə qoymusunuz...
- Bəli, elə bir sorun vardı. Bu problem hədəflərlə bağlıydı. Artıq bütün problemləri geridə qoyub yenidən bir yerdə çalışmağa qərar verdik.
- Özünüz bir müddət Azərbaycan da çalışmısınız. Gələcəkdə bizim futbolçulardan öz komandanızda görmək barədə fikirləşirsiniz?
- Mövcud qaydalara görə, bizim liqada əcnəbi futbolçu oynaya bilməz. Amma Bank Asya liqasına çıxandan sonra azərbaycanlı futbolçuların komandamıza transferi mümkündür.
- Bir müddət əvvəl bizim bəzi klublarımızdan təklif aldığınız barədə xəbərlər yayılmışdı. Bəs, Azərbaycanda yenidən çalışmağınıza nə mane oldu?
- Həqiqətən bu il bir neçə klubunuzdan təkliflər vardı. Amma bəzi məsələlərə görə razılığa gələ bilmədik.
- Konkret hansı məsələlərdə?
- Bilirsiniz, mənim üçün çalışacağım komanda ciddi sistemə və düzgün strategiyaya malik olmalıdır. Yalnız buna yüksək səviyyədə əməl edən komandayla işləyə bilərəm ancaq. Hazırda isə Azərbaycan da həmin sistemlə yalnız “Qarabağ” işləyir.
Bu sistemin bütün klublarda işləməsi üçün ciddi işlər görülməlidir. Amma hələlik digər komandalarda bu istiqamətdə iş getmir.
- Keçək klublarımızın avrokuboklardakı oyunlarına. Əvvəlcə deyərdiniz, hansı komandalarımızın oyunlarını izləmək imkanınız oldu?
- “Qarabağ”dan başqa heç bir komandanın oyununa baxmadım. Bir də “Bakı”nın qırmızı vərəqəsi olan oyunçunu oynatdığına görə cəzalandığını eşitdim və çox təəssüfləndim.
- “Qarabağ”ın oyunları sizdə necə təsir bağışlayır?
- Yaxşı, əsl komanda oyunu nümayiş etdirirlər. Amma bəzən səhvlərə yol verirlər.
“Visla” oyununda deyərdim ki, hesab 0:0 olanda «Qarabağ»ın bəxti də gətirdi. Məsələn, topun qapı tirinə dəydiyi epizod. Əgər bu vaxt top qapıdan keçsəydi, matç başqa məcrada keçəcəkdi. Və ya penalti epizodunda da şans «Qarabağ»ın yanındaydı. Bütün hallarda «Qarabağ» qələbəyə layiq oyun nümayiş etdirdi. Gözəl mübarizə apardılar.
- Bir ara «Qarabağ» klubu ilə aranızda soyuqluq yaranmışdı. İndi indi munasibətləriniz necədir?
- Yaxşıdır. Bəzi oyunçularla salamlaşıb, hal-ehval tuturuq. Pis olması üçün də səbəb yoxdur.
- Bəs rəhbərliklə necə problemlərinizi yoluna qoymusunuz?
- Onlarla da arada-sırada danışırıq. Hər kəsin oz işi var, o üzdən başımız öz işlərimizə qarışıb.
- Baş məşqçi Qurban Qurbanovla münasibətləriniz hansı səviyyədədir?
- Normal. İndi aramızda heç bir problem yoxdur. Ara-sıra hətta mesajlaşırıq da.
- Sizi yenidən nə vaxtsa “Qarabağ”da görmək mümkündür?
- İnşallah. Biz peşəkar futboldayıq və hər şey ola bilər. Qismətimizdə nə varsa, onu da görəcəyik.
- “Qarabağ”ın yeni transferləri barəsində nə deyə bilərsiniz?
- Yaxşı oyunçular aldılar. Hər biri son iki oyunda yaxşı oynadılar. Qarşıdakı oyunlarda da “Qarabağ”a uğurlar arzulayıram.
Amma qeyd edim ki, «Visla» üzərində səfərdə qazanılan qələbə «Qarabağ»lı futbolçuları arxayınlaşdırmamalıdır. Ona də görə çalışıb ilk dəqiqələrdə qol vurmalıdır.
Məncə, çox çətin oyun olacaq. “Qarabağ” qələbəyə oynamalıdır. Ümid edirəm ki, qələbə qazanacaqlar və əməkləri boşa çıxmayacaq.
Şükür CAVAD
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq