«Neftçi»nin yeni legioneri Emil Mpenzanın avqustun 8-də Unibank Premyer Liqasının «Qarabağ»a qarşı ilk oyununda meydana çıxıb-çıxmayacağı hələ müəyyənləşməyib. Çünki Mpenza ümumi məşqlərə qoşulmayıb və biz onun hansı durumda olduğunu bilmirik». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Neftçi»nin baş məşqçisi Arif Əsədov söyləyib. «Qarabağ»la matça ciddi hazırlaşdıqlarını deyən Əsədov gündə bir dəfə məşq etdiklərini, sabah iki məşq edəcəklərini və ikitərəfli oyun keçirəcəklərini vurğulayıb. Oyun ərəfəsində komandada ciddi problemin olmadığını bildirən gənc mütəxəssis ümumi ab-havanın yaxşı olduğunu deyib: «Qarabağ»ın Avropa kuboklarındakı uğurları bizi sevindirir. Amma eyni zamanda onu da qeyd edim ki, komandanın bu irəliləyişi bizi qətiyyən qorxutmur. Əksinə, belə bir komandayla ilk turda qarşılaşmaq bizə əlavə stimul verəcək».
A.Əsədov düşərgələrində 26 futbolçunun məşq etdiyini deyib: «Emil Mpenza da məşqlərə qoşulacaq. Hələ avqustun 8-dən vaxtımız var. Ona görə də hələlik kimin əsas heyətə düşəcəyini indidən söyləmək doğru olmaz».
Anri mükafatlandırıldı
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib