“Visla” ilə ilk oyunumuz həqiqətən çox çətin keçdi. Hamımız o komandanı tanıyırdıq. Oyunlarını yaxşı təhlil etmişdik. “Barselona” kimi bir komandanı 2008-ci ildə məğlub edən bir komandaydı. Oyunun çətin keçəcəyini bilirdik. İlk hissə çətin keçdi. Qol buraxmamağa nail olduq. Əksinə öz oyun taktikamızı onlara yeridə bildik. Əks hücumlarda oynadıq ki, bu da öz bəhrəsini verdi. Bir qol vurduq, amma bir neçəsini də vura bilərdik. Təəssüf ki, alınmadı”. Avropa Liqasının «Visla» - «Qarabağ» oyunu haqda fikirlərini Qol.Az-a açıqlayan «Qarabağ»ın kapitanı Aslan Kərimov belə deyib. O, səfərdə 1:0 hesablı qələbə qazanmalarına baxmayaraq, komanda yoldaşlarını arxayınlaşmamağa çağırıb: «1-0 hələ heçnə deyil. Qətiyyən arxayılnlaşmaq olmaz. Biz hələ işin yarısını görmüşük”.
Oyunun 90-cı dəqiqəsində «Visla»nın penalti epizodunda Aslan artıq hesabın bərabərləşəcəyini düşünüb:“Həmin penalti epizodunda hesabın barəbərləşəcəyindən qorxurdum. Futbolda yazılmamış qanun var ki, vurmayana vurarlar. Sağ olsun Fərhadı ki, həmin epizod soyuqqanlılıq nümayiş etdirib rəqibin qol vurmasına imkan vermədi».
Son vaxtlar «Qarabağ»ın əsas heyətinə düşə bilməyən təcrübəli futbolçu etiraf edib ki, ilk «11-lik»də yerini itirməyilə barışıb: “Artıq həm yaşım, həm fiziki durumum o səviyyə də deyil ki, 90 dəqiqə oynayım. Buna baxmayaraq, məşqçilər neçə dəqiqə mənə güvənib oyuna buraxsa, komandaya əlimdən gələn köməkliyi etməyə hazıram. Əsas heyətdə kimin oynamağının elə də önəmi yoxdur. Əsas komandamızın oyunu və uğurudur».
Kapitan «Visla» ilə cavab qarşılaşmasının ikiqat çətin keçəcəyini düşünür: «Öz azarkeşlərimiz önündə oynamaq daha məsuliyyətlidir. Burda azarkeşlərimiz bizdən daha yaxşı oyun gözləyirlər. Rəqibimiz də artıq bizi yaxşı tanıyır. Onlar bizim güclü tərəflərimizi daha yaxşı görüblər. «Qarabağ»a qarşı daha güclü oyun göstərəcəklər. Əlimizdən gələni etməliyik ki, bu mərhələni adlayıb azarkeşlərimizi sevindirə bilək. Əsas məqsədimiz budur».
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq