Emil Mpenza "Neftçi"nin məşqində

Emil Mpenza "Neftçi"nin məşqində
ÖLKƏ FUTBOLU 3 Avqust 2010 / 11:23 2778
-  A +

Bu gün səhər Bakıya gələn "Neftçi"nin yeni transferi Emil Mpenza flaqmanın məşqini seyr edib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Belçika yığmasının forvardı Emil Mpenza "Neftçi"nin klubun bazasındakı məşqinə sona qədər baxaraq oradan ayrılıb.

Qeyd edək ki, Emil Mpenza son mövsümü İsveçrənin "Syon" klubunda keçirib. Hücumçu uzun sürən danışıqlardan sonra "Neftçi" ilə müqavilə bağlamaq üçün paytaxtımıza təşrif buyurub.

Daha çox


Son xəbərlər