Birinci divizonda yarışan "Qaradağ Lökbatan"ın baş məşqçisi Elçin Dərgahquliyev AFFA İntizam Komitəsinin onun barəsində çıxardığı qərara münasibət bildirib.
Qol.az-ın xəbərinə görə, qərarda deyilir ki, “Keşlə-2” – “Qaradağ Lökbatan” matçında "Qaradağ Lökbatan"ın baş məşqçisi Elçin Dərgahquliyev hakimə qarşı təhqiredici ifadələr işlədib. Buna görə də 5 oyunluq cəzalanıb.
Qərarla bağlı “Futbol +” qəzetinə açıqlama verən E.Dərgahquliyev deyib: "Oyundan sonra baş hakim Fərid Hacıyevə qırmızı vərəqə olmadığını dedim. Mənə deyir ki, "yox idi, canın sağ olsun, ala, bir "qırmızı" da sənə". Hakimə dedim ki, "sən mənə "qırmızı" verdin, qiyamət günündə də Allah sənə "qırmızı" verəcək". Dərhal AFFA nümayəndəsi və hakim-inspektora yaxınlaşıb səbəbini soruşdum. Hər ikisi hakimi təhqir etmədiyimi söylədilər. Allah haqqı söyməmişəm, Qurana əl basaram ki, təhqir etməmişəm. Fritz Ştuxlik hakimləri toxunulmaz edib. Guya bunlara heç kim heç nə deyə bilməz. Elə hakim dedi ki, "bu məni təhqir etdi, verin buna 10 oyun cəza". Belə şey olur? Olmayan penalti verirlər, danışma, olmayan "qırmızı" verirlər, heç nə demə. Təhqir etsəydim, 50-ci dəqiqədə düz gözümün qabağında futbolçuma "qırmızı" göstərəndə edərdim. Hakim deyir ki, oyundan sonra meydana girməyə icazə yoxdur. Hər oyundan sonra Qvardiola meydana girir".
Bizi Feysbukda da izləyin!
Muslera üzr istədi
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
Bülent Korkmazın yeni komandası bəlli oldu
"Turan Tovuz"dan Vadji qərarı - Rəsmi
Dünya çempionatları tarixində yeni rekord
Klopp Almaniya millisini sərt tənqid etdi
“Zirə”də kadr dəyişikliyi
Bəhlul nə vaxt qayıdır? - "Qarabağ"dan açıqlama
Azarkeşlərinin DÇ-2026-ya səfərini maliyyələşdirdilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Fransa klubunun futbolçusu boğularaq vəfat etdi
88 yaşlı jurnalistin 17-ci mundialı! - Şəkil
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
“İnsanlar haqlıdır, pis oynadıq” - Arda Güler
"Səbail" onu geri qaytardı
“Neftçi” Vernidubla müqaviləni uzatdı