Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasından əvvəl teleoperatorlara çəkiliş aparmaq üçün lazımi şərait yaradılmayıb.
Qol.az xəbər verir ki, “Xəzər TV”nin aparıcısı Sənan Abdullayev bununla bağlı Feysbukda status yazaraq etirazını bildirib.
“AFFA-nın İcraiyyə Komitəsinin iclasından əvvəl televiziyalara kadr çəkmək üçün əvvəl 40 saniyə vaxt verilib. Sonra operatorlar xahiş edib ki, heç olmasa 1 dəqiqə yarım eləyin. Qayıdıblar ki, dəqiqə yarım çoxdur. 1 dəqiqə vaxtınız var. Yəni 60 saniyə. Bu sahədən anlayışı olanlar yaxşı bilir ki, kameranı məkana uyğunlaşdırmaq (balans) elə minimum 20-30 saniyə vaxt aparır.
Mətbuatı it yerinə qoymaq başqa necə olur ki? Başa düşdük ki, suallara cavab verə bilməyəcəksiz deyə brifinqi və mətbuat konfransını ləğv elədiniz. Operatorlar sizdən nəsə soruşası deyildi axı. Heç olmasa xalqı 5 dəqiqəlik də olsa, o gül camalınızdan uzaq tutmayın” – deyə S.Abdullayev bildirib.
Bu paylaşıma digər tanınmış idman jurnalisti Ceyhun Rzayev maraqlı replika yazıb: “Operatorlar vəziyyətdən çıxış yolu tapıblar. Razılaşıblar ki, hərə 1 nəfəri çəksin, sonra kadr mübadiləsi etsinlər. Ölümdən başqa hər şeyə çarə var, özlərindən AFFA açmaqla deyil”.
Muslera üzr istədi
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
Bülent Korkmazın yeni komandası bəlli oldu
"Turan Tovuz"dan Vadji qərarı - Rəsmi
Dünya çempionatları tarixində yeni rekord
Klopp Almaniya millisini sərt tənqid etdi
“Zirə”də kadr dəyişikliyi
Bəhlul nə vaxt qayıdır? - "Qarabağ"dan açıqlama
Azarkeşlərinin DÇ-2026-ya səfərini maliyyələşdirdilər
Bugünkü oyunları yayımlayacaq kanallar
Fransa klubunun futbolçusu boğularaq vəfat etdi
88 yaşlı jurnalistin 17-ci mundialı! - Şəkil
Azərbaycan cüdoçusu bürünc medal qazandı
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
“İnsanlar haqlıdır, pis oynadıq” - Arda Güler
"Səbail" onu geri qaytardı
“Neftçi” Vernidubla müqaviləni uzatdı