Avropa Liqasının üçüncü təsnifat mərhələsinin «Qarabağ»a qarşı ilk oyununun 90-cı dəqiqəsində, komandası 0:1 hesabı ilə geridə olarkən penaltini vura bilməməklə qarşılaşmanın antiqəhrəmanına çevrilən Polşa «Visla»sının futbolçusu Matsey Juravski maraqlı açıqlamalar verib. Qol.Az-ın «Visla»nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Juravski məğlubiyyətin məsuliyyətini öz üzərinə götürdüyünü bildirib. «Mən etiraf edirəm ki, bu matçı bərbad günə saldım. Penaltini vura bilməməklə mən cinayət etmişəm. Acı həqiqət budur ki, azərbaycanlılar bu gün bizdən yaxşı oynadılar. Bəli, bir daha deyirəm, bu, sadəcə olaraq, cinayətdir. Mən penaltini vura bilməməyimə başqa ad tapa bilmirəm» - deyən Juravski komandasının oyunu haqda bunları söyləyib: «Necə oynadığımızı hamı gördü. Biz bu gün rəqiblə bərabər mübarizə apara bilmədik».
Juravski qeyd edib ki, «Qarabağ»a qarşı oyunda çatışmazlıqlardan biri də hücum xəttinin zəif oynaması olub: «Biz qələbə qazanmaq üçün çox az imkan əldə etdik. Bu oyun əslində 0:1 deyil, 0:3, 0:4 hesabı ilə də başa çata bilərdi. Belə vəziyyət «Visla» kimi komandanın başına gəlməməliydi. Azərbaycan klubunu zəif adlandıra bilmərik. «Qarabağ» çox yaxşı komandadır. Topu özündə yaxşı saxlamaq, texniki futbol nümayiş etdirməklə onlar qələbə qazandılar. Amma biz yaxın iki gündə özümüzə gəlməli və revanş matçına ciddi hazırlaşmalıyıq. Biz hamımız bilirik ki, cavab oyununda qələbə qazanmaq çox çətin olacaq. Mən hər dəfə demişəm, Azərbaycan futbolu indi inkişafdadır».
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq