"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/8 final mərhələsində "Ağsu"ya 5:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.Qol.az xəbər verir ki, o, əvvəlcə qələbəni şərh edib.
- Bunu deyə bilərəm ki, ilk hissə istədiyimiz kimi olmadı, yaxşı oynamadıq. Fasilədə uşaqlara dedim ki, bilmirəm bundan öncə necə olub, ancaq indi hamı sübut etməlidir ki, kim həqiqətən oynamaq istəyir. İstər Amadu, istər Təmkin, istərsə də digərləri, kim oynamaq istəmirsə, gedə bilər. Onları tribunaya da göndərə bilərəm. Qalib gəldik, hesab da normaldır. Belə olmalı idi. Çox da məmnun deyiləm ki, Məhəmməd və Kərim 2 ardıcıl oyun oynadılar. Komandada gənclərin də oynamasını istəyirdim və onlara liderlik edə biləcək Kərimi və Məhəmmədi oynatdım. Hava çox soyuq idi, belə havada oynamaq çətindir. Nəticə önəmli deyil, 5, 10, 20. Bizim ilk hissədə göstərdiyimiz oyunu istəmirdik. Mən gəldikdən sonra belə oyun görmək istəmirəm.
- Növbəti tur "Qəbələ" ilə oynayacaqsınız. Nə düşünürsünüz?
- "Qəbələ" ilə görüş belə olmayacaq. Bu gün daha çox gənclərə şans verdik. "Qəbələ" ilə iki matçımız olacaq. Həmin oyunlarda ideal heyətə üstünlük verəcəyik.
- Qış fasiləsində komandanı tərk edənlər çox olacaq?
- Oyunçular nəyə qadir olduqlarını yeni baş məşqçiyə göstərməlidirlər.
- Komandada görüləcək iş çoxdur?
- Hər məşqçi gəldikdən sonra nələrisə dəyişmək istəyir. Sistem mənim üçün vacib deyil. Önəmli olan futbolçuların özlərini göstərməsidir. Məşqdə nə ediriksə, oyunda da bunu təkrarlayırıqsa, vacibdir. Sistem də vacibdir. Ötən oyundan sonra bunu səhv anlamışdılar.
- Rocer Roxasla bağlı fikirləriniz nədir?
- Tək Roxas haqda danışmaq istəmirəm. Ulise Diallo da bu gün 3 qol vura bilərdi. Oyunçu gəlib, qapımı döyüb deməlidir ki, bax, mən 3-4 qol vurdum, mənə şans ver.
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Çempionlar Liqası oyunlarını ölkədən kənara köçürürlər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video
İngiltərə millisində itki: Ən az iki oyunu buraxacaq
DÇ-2026: Bombardirlik yarışında vəziyyət gərginləşir
Misir - İran oyununun ən yaxşısı seçildi
Dembelenin het-triki - Video
Mundialın 1/16 finalının müəyyənləşən - 9 cütlüyü
Bugünkü oyunların nəticələri - DÇ-2026
Byelsa: “Uruqvay futboluna heç nə qoyub getmədim”
Het-trik etdi, oyunun ən yaxşısı seçildi
DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Fransadan ardıcıl üçüncü qələbə, Seneqaldan darmadağın
Dembeledən son 72 ilin ən sürətli het-triki
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu