"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz" üzərində 3:1 hesablı qələbəni şərh edib.
Qol.az xəbər verir ki, o, matçdan dərhal sonra "CBC Sport"a açıqlamasında bunları deyib: "Yaşar Vahabzadəni təbrik edirəm, intizamlı komanda gördüm. I divizionda belə klubun olması məni sevindirdi. Belə kubok oyunları həmişə çətin olur. I divizion amili futbolçuların motivasiyası baxımından asan olmur. Gördüyünüz kimi, bu gün qırmızı vərəqə aldıq, qol buraxdıq. Amma ikinci hissədə dəyişiklik etdik, Kamaranı meydana buraxdıq, bununla da oyunumuzu tapdıq. Ölkə kuboku bir oyundan ibarət olduğundan, çətin alınır. Az qala sürprizlə qarşılaşacaqdıq. Amma ikinci hissədə 2 qol vuraraq, qələbə qazandıq".
T.Əhmədov sözügedən görüşdə qırmızı vərəqə qalan Franko Floreslə bu barədə söhbət etmədiyini söyləyib: "İsti başla futbolçularla heç nəyi müzakirə etmirəm. Bunun zamanı var. Futbolda vərəqə hər zaman olur. Mən Sezar Meza Kollinin "Zirə" ilə oyundakı qırmızı vərəqə almasına sərt reaksiya göstərmişdim. Çünki dirsəklə zərbəyə görə cəzalanmışdı. Mübarizə zamanı olan vərəqənin cəriməsini hətta klub da ödəyər. Buna görə, futbolçunu qınamaq olmaz. Ancaq azarkeşə, rəqibə haqsızlığı bağışlamıram. Flores isə ikinci sarı vərəqə ilə meydandan qovuldu. Miyuşko Boyoviç də "Sumqayıt"la matçda zədələndi, ili tamamladı. Qarşıdakı kubok matçında hər ikisi bizə kömək edə bilməyəcək. İndi müdafiənin mərkəzində kimi oynacağımız sual altındadır".
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Çempionlar Liqası oyunlarını ölkədən kənara köçürürlər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video
İngiltərə millisində itki: Ən az iki oyunu buraxacaq
DÇ-2026: Bombardirlik yarışında vəziyyət gərginləşir
Misir - İran oyununun ən yaxşısı seçildi
Dembelenin het-triki - Video
Mundialın 1/16 finalının müəyyənləşən - 9 cütlüyü
Bugünkü oyunların nəticələri - DÇ-2026
Byelsa: “Uruqvay futboluna heç nə qoyub getmədim”
Het-trik etdi, oyunun ən yaxşısı seçildi
DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Fransadan ardıcıl üçüncü qələbə, Seneqaldan darmadağın
Dembeledən son 72 ilin ən sürətli het-triki
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu