Qurban Qurbanov: «Visla» yalnız kağız üzərində favoritdir»

Qurban Qurbanov: «Visla» yalnız kağız üzərində favoritdir»
ÖLKƏ FUTBOLU 29 İyul 2010 / 01:22 2737
-  A +

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Polşanın «Visla» kulubu ilə qarşılaşacaq Ağdamın «Qarabağ» komandasının baş məşqisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, Q.Qurbanov bildirib ki, «Visla» yalnız üzərində favoritdir: «Polşalılar yaxın keçmişdə «Barselona»nı məğlub etməyi bacarıblar. Amma keçmişdə olan dünəndə qalıb. Biz bu günlə yaşayırıq. «Visla»nı analiz etməyə çalışmışıq. Rəqib həqiqətən də güclüdür. Topla oynamağı, texnikalı futbolu çox sevir. Amma bu o demək deyil ki, biz də boş oturacağıq. Sona qədər mübarizə aparacağıq. Komandamızda zədəli və cəzalı oyunçu yoxdur. Bu, bizim üstünlüyümüzdür. Polşa futbolunun son illərdə inkişafda olduğunu qeyd etməliyəm. Təbii ki, püşkün bizə verdiyi rəqibi çətin kimi qiymətləndiririk. Amma yenə də qeyd edirəm ki, rəqibə hörmət etməklə bərabər onlarla layiqli mübarizə aparmağa çalıçacağıq. Bizə sərf edən nəticə təbii ki, qələbədir. Bunun çətin olacağını bilirəm. İstənilən halda sərfəli nəticəyə ümid edirəm. Rəqibin çox çılğın azarkeşləri var. Hər kəsi əmin edə bilərəm ki, azarkeşlər oyunda darixmayacaq»
`

Daha çox


Son xəbərlər