«Qurban Qurbanov Polşaya 0:8 hesablı məğlubiyyətin qisasını almağa gəlib»

ÖLKƏ FUTBOLU 28 İyul 2010 / 15:33 3358
-  A +

Polşanın idman mətbuatı Avropa Liqasının üçüncü təsnifat mərhələsində sabah Krakov «Visla»sı ilə «Qarabağ» klubları arasında keçiriləcək oyunu diqqət mərkəzində saxlayırlar. Qol.Az-ın məlumatına görə, bu yazılarda yerli mətbuat «Qarabağ»ın Avroliqanın ilk iki mərhələsində uğurlu nəticələr qazanmasına diqqət çəkib. Bundan başqa, polşalı jurnalistlər hesab edir ki, «Qarabağ» «Visla»nın ikinci mərhələdə mübarizədən kənarda qoyduğu Litvanın «Şaulyay» klubundan qat-qat güclü komandadır.
Yerli jurnalistlər «Qarabağ»dan daha çox Əfran İsmayılovun təhlükəli futbolçu olduğunu vurğulayıblar.
Sports.pl saytı isə diqqəti hələ 2005-ci ilin  ilin mart ayında Polşa və Azərbaycan milli komandaları arasında keçirilmiş oyuna yönəldib. Həmin qarşılaşmada Polşanın 8:0 hesabı ilə qalib gəldiyini yazan sayt bu matçda hazırda «Qarabağ»a rəhbərlik edən Qurban Qurbanovun futbolçu kimi çıxış etdiyini xatırladıb. «Yəqin ki, «Visla» ilə oyunda Qurban Qurbanov artıq bir məşqçi kimi həm də bu acınacaqlı məğlubiyyətin əvəzini çıxmağa və qisas almağa çalışacaq» - deyə sayt bildirib. 


Son xəbərlər