“Açığı, baş verən olaylara nə ad verəcəyimi, necə don geyindirəcəyimi özüm də bilmirəm. Buna nə qeyri-peşəkarlıq, nə səriştəsizlik, nə də məsuliyyətsizlik adını vermək olar. Cinayət deyərdim, amma cinayətdən də böyük bir səhvdir”. Bu sözləri Qol.Az-a açıqlamasında “Bakı”nın sabiq vitse-prezidenti Nail Əliyev deyib.
Vaxtilə çalışdığı paytaxt klubunun avrokubokların cari mövsümündə üzləşdiyi xoşagəlməz olaylara münasibət bildirən Əliyev əsas günahın “Bakı” rəhbərliyində olduğunu bildirsə də, AFFA-nı da günahkar çıxarıb: “Baş verənlərə görə, şübhəsiz ki, əsas günah “Bakı”nın öz rəhbərliyidir. Sən oyunçunu transfer edəsən, onun belə probleminin olduğunu bilməyəsən, bu, biabırçılıqdır. Amma AFFA-nın da müəyyən günahı var. Mən də “Bakı”da işləmişəm. Amma bizim dövrümüzdə elə deyildi. O vaxt AFFA-da beynəlxalq komitə var idi. Orda Məlik Həsənov, Asim Xudiyev, Əli Hüseynov kimi təcrübəli işçilər çalışırdı. Klubları da belə problemlərdən ilk növbədə onlar xəbərdar edirdi. Yəni klubdakılar həmin problemi aşkarlaya bilməsə də, onlar UEFA-dan gələn məktubla bizi lazımı dərəcədə tanış edirdi, biz də işimizi bilirdik. Amma “Bakı” klubuna AFFA-dan nə məktub gəlib, nə də xəbərdarlıq edən olub. Sadəcə, şəxsi xahiş əsasında Peşəkar Futbol Liqasının Zamiq adlı işçisinə müraciət olunub. O da avrokuboklardakı bütün cəzalı oyunçuların 70 səhifədən ibarət siyahısını bunlara göndərib. Həmin siyahı da köhnə olduğundan, orda Epalle “Bakı”nın yox, “Bohum”un oyunçusu kimi göstərilib. Bunlar da diqqət yetirməyiblər və sonda belə problem yaranıb. Düzdür, bildiyimə görə, AFFA-nın işçiləri hazırda məzuniyətdədirlər. Amma ildə bir dəfə olan belə oyunlar ərəfəsində belə məqamı diqqətdə saxlamaq olardı. Ən azı ölkə futbolunun gələcəyi naminə. Amma istənilən halda yenə əsas günah “Bakı” klubunun özündədir. Adi işçisindən rəhbər şəxslərinə kimi”.
Hazırda istefa ərizələrini yazmalarına baxmayaraq, “Bakı”nın rəhbər şəxsləri haqda sərt danışan Nail Əliyev daha sonra bunları əlavə edib: “Belə səhvlərə tez-tez rast gəlirik. Ötən illərdə “Xəzər Lənkəran”da da transfer olunan oyunçular vaxtında sifariş edilmədiyindən sonda mübarizəni erkən dayandırdılar. İndi də bunlar. Məncə, belə xoşagəlməz hallardan yaxa qurtarmaq üçün qeyri-peşəkar insanların vəzifəsindən uzaqlaşdırılması lazımdır ki, digərləri də onlara baxıb, dərs çıxarsınlar. Hələ Hafiz Məmmədov humanistlik edib deyib ki, məsuliyyət daşıyan şəxslər özləri istefa verib, getsinlər. Şəxsən mən olsaydım, onların ərizələrini gözləmədən işdən qovardım. Çünki belə biabırçılıq olmaz. Futbolçunun özü də, onu təklif edən meneceri də buna görə mütləq cəzalandırmaq lazımdır”.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq