Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Düdelanj" ciddi itki ilə üzləşib.
Qol.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Mişel Qaros ölkə çempionatının son turunda zədələnib. Həkim müyinəsindən sonra dizindəki problemə görə futbolçunun 6-8 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə onun üçün Avroliqanın başa çatması deməkdir.
31 yaşlı futbolçu "Qarabağ"la Lüksemburqda keçirilən oyunda qırmızı vərəqə aldığından onun növbəti turda "Sevilya" ilə matçı buraxacağı dəqiq idi.
Fransalı futbolçu Lüksemburq mətbuatına açıqlamasında "Qarabağ"la görüşdə qırmızı vərəqə aldığı epizod haqda danışıb. Hakimin düzgün qərar vermədiyini bildirən futbolçu eyni zamanda APOEL-lə "Qarabağ"ı müqayisə edib: “Qırmızı vərəqə aldığım epizodda hakim düzgün qərar vermədi. Mənim ayağım rəqibə toxunmamışdı. Videodan da aydın görünür. Sadəcə, rəqib yaxşı qışqırdı, yaxşı yıxıldı. Hakimin şotlandiyalı olmasına belə şübhəm yarandı. “Qarabağ” APOEL qədər güclü deyil. Amma biz bu qarşılaşmanı əldən verdik”.
Xatırladaq ki, "Qarabağ" Lüksemburqda "Düdelanj"ı 4:1 hesabı ilə məğlub edib. "Düdelanj" isə Kiprdə APOEL üzərində 4:3 hesablı qələbə qazanıb.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib