"Neftçi"nin müdafiəçisi Ruslan Abışov klubun rəsmi saytına müsahibəsi
- Öncə "Orduspor"la oyun barədə fikirlərini bilmək istərdik.
- Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Açığı, hesabın belə böyük fərqli olacağını gözləmirdim. Qalib gələcəyimizi düşünürdük, rəqib qapısından 4 top keçirməyimiz isə xoş sürpriz oldu. Əlimizə düşən imkanlardan yaxşı istifadə etdiyimiz üçün böyük hesablı qələbə qazandıq.
- Əvvəlki yoxlama matçları ilə müqayisədə, bu dəfə flaqmanın oyununda hansı müsbət cəhətlər hiss olunurdu?
- Artıq yeni mövsümə hazırlığın ikinci, sonuncu mərhələsi gedir. İndi futbolçular özlərini daha yaxşı, daha hazırlıqlı hiss edirlər. Bunun da bəhrəsini növbəti yoldaşlıq görüşlərində görəcəyik. Ən əsası odur ki, zəhmətimiz öz nəticəsini Premyer Liqada versin. Çox sevindirici haldır ki, "Orduspor"la qarşılaşmada kollektiv oyun göstərməyi bacardıq. Komandamız günü-gündən inkişafdadır. Bizə yaratdığı bütün şəraitə görə, başda prezident Sadıq Sadıqov olmaqla, klubumuzun rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnanıram ki, milli çempionatda rəhbərliyin etimadını doğruldaraq, yüksək nəticələr qazanacağıq.
- "Orduspor"la görüşdə öz oyunundan razı qaldınmı?
- Düzünü deyim ki, heç vaxt öz oyunumdan razı qalmıram. Ancaq nəzərə alsaq ki, yoxlama matçında 4:0 hesablı qələbə qazanmışıq, deməli, komandanın bütün üzvləri yaxşı çıxış ediblər.
- Premyer Liqanın növbəti mövsümünün püşkatmasına da münasibətini öyrənmək istərdik. Çempionatın startında "Neftçi" evdə "Qarabağ"ı qəbul edib, ardından "Qəbələ" ilə səfər matçına yollanacaq. Püşkün nəticəsi flaqman üçün nə dərəcədə əlverişlidir?
- Mənə elə gəlir ki, startda güclü rəqiblərlə oynamaq zəif komandalara qarşı mübarizə aparmaqdan yaxşıdır. İnşallah, ilk turlarda uğurlu nəticə qazanıb, yolumuza inamla davam etmək niyyətindəyik. Bizim yeganə məqsədimiz çempionluqdur.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq