"Neftçi"nin braziliyalı hücumçusu Dario Federiko Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Çox vacib qələbə qazandıq. Ardıcıl 3-cü qələbəmiz bizi turnir cədvəlində 2-ci pilləyə qaldırdı. Bununla kifayətlənməməli, öz üzərimizdə işləməliyik. Çalışmaqla daha yaxşı nəticələr gələcək.
- Demək olarmı ki, "Neftçi" "qara zolaq"dan çıxıb?
- Məncə, ardıcıl 3 matçda qalib gəlməklə "qara zolaq"dan çıxmış sayılırıq.
- Bugünkü qalibiyəti "Neftçi" üçün asan qələbə adlandırmaq olar?
- İnanmıram ki, hansısa oyun "Neftçi" üçün asanlıqla əldə olunub. Çünki hər oyunda vuruşmuşuq, mübarizə aparmışıq və əzmkarlıqla qələbə qazanmışıq. Asan oyun olduğunu deməzdim.
- Əsas rəqibiniz "Qarabağ" hesab olunur. Necə düşünürsünüz, liderə çatmaq mümkün olacaq?
- Təbii ki, sona qədər mübarizə aparacağıq. Hər görüşdə qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt daha çox qələbə üçün çalışacağıq ki, ilk pilləyə yaxınlaşaq.
- Liderin "Qarabağ"ın xal itirməsi sizi sevindirirmi?
- Təbii ki, çempionluğa oynayan komanda ondan yuxarı pillədə olan komandanın xal itirməsini görəndə sevinir.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir