Avropa Liqasının üçüncü təsnifat mərhələsində artıq yeganə təmsilçimiz “Qarabağ”a azarkeşlik etməli olacağıq. Ötən il olduğu kimi, bu il də bizə daha çox qələbə sevinci yaşadan Ağdam klubunun növbəti mərhələdəki rəqibi isə Polşa “Visla”sıdır. Artıq Qurban Qurbanovun komandasının yeni rəqibini daha da yaxından tanımağa dəyər.
Polşanın Krakov şəhərini təmsil edən “Visla” klubu 1906-cı ildə yaradılılıb. Yarandığı ildən etibarən klub “Visla İdman Cəmiyyəti” adı altında çıxış edib. Lakin ikinci dünya müharibəsinin başa çatmasından sonra “Visla Krakov” adlanmağa başladı. Təxminən 34.000 tamaşaçı tutumuna malik olan klubun stadionuna 2008-ci ildən Henrik Reymanın adı verilib. Qeyd edək ki, bu arena həm də Polşada Avro-2012-nin oyunlarını qəbul edəcək stadionlardan biridir.
“Visla”nın ilk uğurları 1927-1928-ci illərə təsadüf edir. Məhz həmin illərdə Polşa çempionluğuna sahib çıxan “Visla”, bu titula ümumilikdə 12 dəfə yiyələnib. Maraqlıdır ki, bu çempionluğun yeddisi 1999-cu ildən bəri qazanılıb. Yəni “Visla” 1999-cu ildən başlayaraq 2001, 2003, 2004, 2005, 2008 və son olaraq 2009-cu ildə ölkə çempionluğuna sahib çıxıb. Bununla yanaşı “Visla” 13 dəfə çempionatın gümüş medallarına, 10 dəfə isə bürünc medallara yiyələnib. Lakin “Visla”nın uğurları bununla bitmir. Tarixi ərzində 4 dəfə ölkə kubokunu (1926, 1967, 2002, 2003) və bir dəfə isə Polşa super kubokunu (2001) başı üzərinə qaldıran “Visla” Avropa turnirlərində də uğurlu çıxış edib. Avropa Çempionlar Liqasının yarımfinalına 1979-cu ildə vəsiqə qazanan klub mübarizəni elə bu mərhələdə dayandırmalı olub. Bununla belə, “Visla” 3 dəfə - 1969, 1970 və 1973-cü illərdə İntertoto kubokunu qazanmağa nail olub. Rəsmi forması ağ-qırmızı olan klubun prezidenti Marek Viltsek, baş məşqçisi isə Henrik Kaspertsakdır.
Avropa Liqasına ikinci təsnifat mərhələsindən qoşulan “Visla” “Qarabağ”la oyunadək Litva “Şaulyay”ını mübarizədən kənarlaşdırıb. Ötən həftə səfərdə 2:0 hesabıyla qələbə qazanan polşalılar dünənki cavab oyununda da 5:0 hesablı darmadağına imza atıblar. Göründüyü kimi, hücum xəttində məhsuldar oyunuyla seçilən Krakov klubu həm də müdafiəsinin etibarlılığı ilə öyünə bilər. Lakin ümid edək ki, “Qarabağ”ımız polşalıların hücum xəttini zərərsizləşdirməklə yanaşı, onların müdafiə xəttini yarmaq vəzifəsinin də öhdəsindən gəlməklə bizə növbəti qələbə sevinclərini yaşada və Avroliqanın dördüncü təsnifat mərhələsinə yüksəlməyi bacaracaq.
Qeyd edək ki, təmsilçimizin Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində “Visla”yla ilk oyunu iyulun 29-da Krakovda baş tutacaq. Cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq