Avropa Liqasının ikinci təsnifat mərhələsində “Bakı”nın Çernoqoriya təmsilçisi “Buduçnost”la ilk oyununun nəticəsi ləğv olunub. Paytaxtın eyniadlı komandasının iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabı ilə qalib gəldiyi görüşün nəticəsi texniki məğlubiyyətlə əvəzlənib. Buna “zolaqlılar”ın heyətində kamerunlu legioner Joel Epallenin meydana çıxması səbəb olub.
Belə ki, 2006/07 mövsümündə “İraklis”də (Yunanıstan) çıxış edən Joel UEFA kubokunun “Visla” (Polşa) ilə ilk görüşündə qırmızı vərəqə alıb. 2006-cı il sentyabrın 14-də keçirilən ilk qarşılaşmanın 71-ci dəqiqəsində cəzalanan afrikalı futbolçu meydandan birbaşa qovulduğu üçün ən azı 2 oyunluq diskvalifikasiya olunub.
Polşalılarla cavab matçını buraxsa da, yarımmüdafiəçinin cəzası tam bitməyib. “İraklis” iki oyunun nəticəsinə əsasən (Polşada 1:0 hesablı qələbə, Salonikidə 0:2 hesablı məğlubiyyət) mübarizədən kənarda qaldığından, Joelin cəzası hələ də qalmaqdadır. Futbolçu sonradan “İraklis”dən “Bohum”a keçsə də, almanlar axırıncı dəfə qitə miqyaslı turnirlərdə 2004/2005 mövsümündə mübarizə aparıb.
UEFA bu gün “Bakı” klubuna göndərdiyi faksda qərarını açıqlayıb. Qərara görə, təmsilçimizə 0:3 hesablı məğlubiyyət verilib. Bundan başqa, bakılılar 3 min avro cərimələnib. 1 oyunluq cəzası qalan Epalle isə bundan sonra daha iki oyun buraxmalı olacaq (apasport.az).
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq