Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində daha bir təmsilçimiz – “Bakı” da növbəti oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Vinfrid Şeferin çalışdırdığı paytaxt klubu “Qarabağ”dan fərqli səfərdə çıxış edirdi. Bakıdakı ilk oyunda əzmkar qələbə qazanan təmsilçimiz cavab oyunu ərəfəsində çox pis duruma düşmüşdü. Məsələ buasındadır ki, cavab oyunundan bir neçə saat öncə məlum səbəblərdən UEFA Bakıdakı oyunun nəticəsini ləğv edərək, “zolaqlılar”ı 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırmışdı. Belədə komandamız "Buduçnost"u 3 top fərqi ilə yenmək məcburiyyətində qalmışdı. Çernoqoriyanın Podqoritsa şəhərindəki «Pod Qoritsom» stadionunda keçirilən oyuna daha fəal başlayan təmsilçimiz ilk yarıda iki qol vurmaqla, azalan ümidləri xeyli artırsa da, bundan artığına gücü çatmadı. İkinci hissədə də üstün oyun sərgiləyən bakılılar yalnız Brnoviçin gözlənilməz qolundan sonra ruhdan düşdülər. Halbuki, istənilən halda daha iki qol vurmağa borclu olan futbolçularımız bunu həyata keçirməyə borclu idilər. Gəl ki, müdafiədə səhvsiz oynayan meydan sahibləri komandamızın növbəti mərhələyə yüksəlməsinə imkan vermədilər.
22 iyul
Avropa Liqası (ikinci təsnifat mərhələsi, cavab oyunu)
Saat 00:00. “Buduçnost” (Çernoqoriya) – “Bakı” (Azərbaycan) - 1:2
QOL: Aleksandar Şoliç, 28 (0:1). Jaba, 42 (0:2). Nenad Brnoviç, 64 (1:2)
Hakimlər: DİMİTRİOS KALOPOULOS, Dimitrios Saraidaris, Grigorios Panou, Anastasios Sidiropoulos (hamısı Yunanıstan).
Hakim-inspektor: Milovan Nikoliç (Sloveniya).
UEFA nümayəndəsi: Jan-Fransua Kruk (Belçika).
İlk oyun – 3:0 .
"BUDUÇNOST": 1. Miloş Draqoyeviç, 2. Gorce Dikanoviç, 6. Drajen Aykoviç, 8. Ardian Dyokaj, 14. Petar Vukçeviç, 17. Slobodan Maziç, 22. Yovan Nikoliç, 23. Abraham Kudemor, 24. İvan Vukoviç (k), 25. Fatoş Beçiray, 31. Qoran adamoviç
"BAKI": 23. Xalidu Sissoko, 2. Saşa Kaykut, 4. Vadim Borets, 6. Dare Nibombe, 8. Ernad Skuliç, 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramim, 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 77. Aleksandar Şoliç, 85. Jaba
Oyun başladı
Komandamız 4 qol vurmalı olduğu oyunda hesabı hələ aça bilməyib
12. Kudemor oyunda sarı vərəqə alan ilk futbolçu olur
28. QOOOOOL. Soliç komandamızın ilk qoluna imza ataraq, möcüzə yolunda ilk addımı atdı - 1:0.
31. Corce Dikanoviç də sarı vərəqə ilə cəzalandırılır
Gözlənildiyi kimi, "Bakı" daha çox hücum təşkil edir və səfərdə çıxış etməsinə baxmayaraq, komandamız rəqibdən üstün oyun nümayiş etdirir
36. Ramim yaxın məsafədən inanılmaz qol şansını əldən verdi
39. Rəqib komandanın cərimə zərbəsindən fərqlənmək cəhdinin qarşısını Sissoko alır
41. Ramim daha bir qol şansını qaçırır
42. QOOOOOOOOOOOOOOOOOOOOOOLL. Jaba müdafiəçinin səhvindən istifadə edərək hesabı 2:0-a çatdırdı
45. Soliçin zərbəsini qapıçı tutur
İlk yarının əsas vaxtına 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatır
İkinci hissə başladı
Meydan sahibləri ikinci hissəyə əvəzetməylə başlayır. Yovan Nikoliçin əvəzində meydana Nenad Brnoviç çıxır
51. Jaba yenə qapıçıyla üz-üzə qalsa da, zərbəsini son anda müdafiəçi kornerə çıxardı
52. Künc zərbəsindən sonra daha bir qol vurmaq imkanı olsa da, "Bakı"nın 3 oyunçusu bu fürsətdən yararlana bilmir
52. Kaykutun zərbəsini qapıçı gözəl seyvlə kornerə çıxarır
"Bakı" kəskin hücumlarını aramsız olaraq davam etdirir. Bu gedişlə tezliklə komandamız ümumi hesabda tarazlıq yarada bilər
61. Bakıdakı oyunda komandamızı cəzalandıran Beçiray bu dəfə də fəaldı. Onun uzaqdan zərbəsi qapıdan azca yan keçir
62. Komandamızın heyətində ilk əvəzləmə. Ramimin əvəzində meydana Mahmud Qurbanov daxil olur
64. Qol. İkinci hissədə meydana daxil olan Brnoviç uzaqdan zərbəylə vurduğu qolla hesab arasındakı fərqi azaldır - 1:2
Komandamızın vəziyyəti bir qədər də pisləşir. İndi təmsilçimiz növbəti mərhələyə çıxmaq üçün qalan 25 dəqiqə ərzində 2 qol vurmalıdır. Hər halda 4:1 hesablı qələbə qazansa, bu, komandamızın növbəti mərhələyə çıxması üçün yetərli olacaq. Ümumi hesab bərabər olsa da, səfər qollarının sayının çoxluğu təmsilçimizi növbəti mərhələyə çıxarmalıdır
70. Borets sarı vərəqə ilə cəzalanır
Qol buraxdıqdan sonra komandamızın oyununda müəyyən durğunluq diqqət çəkir. Hər halda "Bakı" əvvəlki kimi ardıcıl və sürətli hücumlar təşkil edə bilmir
74. Brnoviç sarı vərəqə alır
75. Skuliçi Vyaçeslav Sofroni əvəz edir
77. Mahmudun uzaqdan zərbəsi zəif alınır və qapıçı topu tutur
Oyunun sonu yaxınlaşır və komandamızın da növbəti mərhələyə çıxmaq şansları azalır
80. Vukoviçin təhlükəli zərbəsi qapının üstündən keçir
84. Boretsi Cefferson əvəzləyir
85. Vukoviçi Draqan Boşkoviç əvəz edir
86. Kaykutun zərbəsində azca dəqiqlik çatışmır. Halbuki o, fərqi artırmağa yaxın idi
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Aykoviç sarı vərəqə alır
Oyun başa çatdı. Təəssüf ki, "Xəzər Lənkəran"la "İnter"in ardınca "Bakı" da avrokuboklarla erkən vidalaşdı
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq