«Qarabağ»ın direktoru Əmrah Çəlikəl bu gün Şimali İrlaniyanın «Portadaun» klubu ilə keçirəcəkləri matç ərəfəsində Qol.Az-ın suallarını cavablandırıb
- Bu gün axşam baş tutacaq oyunla bağlı nə deyə bilərsiniz?
- “Qarabağ” meydana hər zaman qələbə qazanmaq üçün çıxır. İnanıram ki, axşamki oyunda da qalib gəlməklə bunu bir daha sübut edəcəyik. Təbii ki, azarkeş dəstəyinin olması da bizim üçün çox vacibdir. Biz bütün azarkeşləri bu gün «Qarabağ»ın yanında olmağa çağırırıq. Qalib gələcəyimizə tamamilə inanırıq. Necə deyərlər, inanmaq bacarmağın yarısıdır.
- Çox güman ki, növbəti mərhələdə “Qarabağ”ın rəqibi Polşanın “Visla” klubu olacaq. Bu oyun haqqında fikrinizi öyrənmək istərdik.
- İndidən bu barədə fikirləşmək düzgün olmazdı. Biz hələ ki, “Portadaun”la oyunu düşünürük. İnşallah, bu mərhələni də uğurla keçəndən sonra “Visla” haqda nəsə deyə bilərik. Bununla belə, “Qarabağ” Avroliqada istənilən rəqibə qarşı layiqli müqavimət göstərəcək.
- Ötən mövsüm “Qarabağ”ın avrokuboklardakı oyunlarına daha çox azarkeşin gəldiyini müşahidə edirdik. Bu mövsüm isə azarkeşlərin sayının bir qədər azaldığını görürük. Sizcə, bu nə ilə əlaqədardır?
- Görünür, Bakıda havaların çox isti keçməsi azarkeşlərin sayına da təsir edib. Bir çox insanın istirahətə yollanması azarkeşlərin sayına təsir etməyə bilməz. Lakin bununla belə, “Qarabağ”ın oyunlarına maraq olduqca böyükdür. İstəyirəm ki, axşamki oyunda da stadion tam dolu olsun. Çünki azarkeş sayının çox olması futbolçulara da ruh yüksəkliyi verir.
- Bildiyimiz kimi, avqustun 7-də ölkə çempionatı start götürəcək. Hər iki cəbhədə mübarizə aparmaq “Qarabağ” üçün çətin olmayacaq?
- Bu, nə qədər çətin olsa belə, komandanın bu çətinliyin öhdəsindən gələcəyinə inanıram. Çünki Qarabağ” klubunda birlik və bərabərliyin olması onun oyunlarına da müsbət təsir göstərir. Komandamız yüksək əhval-ruhiyyə və əzmkarlıq hesabına daha da irəli getmək iqtidarındadır. Necə ki, biz səfərdə “Portadaun”la keçirdiyimiz oyunda bunun bir daha şahidi olduq. Belə gözəl kollektivə malik olan klubun istənilən çətinliyin öhdəsindən gələ biləcəyinə şübhə etmirəm.
- Bu mövsüm komandanın əsas hədəfi nədir?
- Premyer Liqanın qalibi olmaq komandanın çoxdankı arzusudur. Lakin milli komanda səviyyəsində yerli futbolçular yetişdirmək bizə çempionluğdan daha vacibdir. Bununla belə, bu mövsüm ölkə çempionluğuna yiyələnməklə bərabər avrokubokbuklarda da irəliləmək fikrindəyik. Ən azı ötən ilki uğuru təkrarlamalıyıq. Mümkün olduğu qədər irəli gedərək Avro Liqanısın qrup mərhələsinə düşə bilsək, daha yaxşı olardı.
- Komandanızda yeni transferlər gözlənilirmi?
- Bildiyiniz kimi, Andres Rubinslə yeni müqavilə imzalamışıq. Artıq növbəti oyunlarda onu da meydanda görmək olacaq. Gələcəkdə baş məşqçimiz Qurban Qurbanov lazım bilərsə, daha bir neçə futbolçunu transfer edə bilərik. Hələlik isə bu haqda düşünmürük.
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video
“Zirə” - “Turan Tovuz”: Heyətlər
"Turan Tovuz" bugünkü oyuna itki ilə çıxacaq
Vitse-prezident 16 illik karyerasından sonra istefa verdi
"Bornmut" yeni baş məşqçisini açıqladı
Qara Qarayev haqda yazılan kitabın təqdimatı olacaq
UFC 2028-ci ilə kimi Azərbaycanda! - Rəsmi
Azərbaycan millisinin heyətindən çıxarıldı
"Napoli" Lukakunu cərimələdi
Bu yarışda "Qarabağ" da oynamışdı - Qalib "Real" oldu
Arda Turanın "Şaxtyor"u vahid liderliyə yüksəldi
PSJ-də yarımfinal öncəsi ağır itki
Alvaro Arbeloa Arda Güleri təriflədi
Misli Premyer Liqasında daha kimlər cərimələndi?
AFFA-dan "Neftçi"yə ağır cərimə - 26 min 200 manat!
Azərbaycan boksçusu dünya kubokuna qələbə ilə başladı
Ceyhun Sultanov klub prezidenti olacaqmı? - Açıqlama
1-ci liqada həftənin hakimləri məlum oldu
Modriç ardıcıl 10-cu dəfə ilin futbolçusu seçildi
Haaland gileyləndi - "Sevgilimin xoşuna gəlmir"
Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bilindi
“Xankəndi” - “Dinamo” matçında 3 qol - Video
Superliqada 30-cu tura yekun vuruldu
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq