Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” Şimali İrlandiya “Portadaun”u ilə qarşılaşıb. Artıq avroliqada bir mərhələ adlamış təmsilçimiz şimali irlandiyalılar üzərində səfərdə qələbə qazandığından, heç-heçə sayəsində də növbəti mərhələyə yüksələckdi. Bu dəfə rəqibini doğma azarkeşlər önündə qəbul edən Ağdam klubunun qələbə qazanmasını arzulasaq da, təəssüf ki, bu baş tutmayıb. Halbuki, səfərdə yendiyimiz rəqibə doğma meydanda da eyni aqibəti yaşatmağa borcluyduq. Çünki bu, reytinq cədvələində irəliləməyimiz üçün də vacib əhəmiyyət daşıyırdı. Ancaq Qurban Qurbanovun komandası cari mövsümdə 3-cü qələbəsinə nail ola bilmədi. Oyunboyu kəskin hücumlar təşkil etməsinə baxmayaraq, heç kimin gözləmədiyi halda, təmsilçimiz fasilədən sonra hesabda geri düşdü. Lakin son dəqiqələrdə Portadaunda dubla imza atan Əfran bu dəfə də fərqlənməklə, komandamızı məğlubiyyətdən xilas etdi. Nəticədə 1:1 hesabıyla başa çatan matç "Qarabağ"ı növbəti mərhələyə çıxardı.
22 iyul
Avropa Liqası (ikinci təsnifat mərhələsi, cavab oyunu)
Saat 21:00. “Qarabağ” (Azərbaycan) – “Portadaun” (Şimali İrlandiya) - 1:1
QOL: Branif, 70 (0:1). Əfran İsmayılov, 82 (1:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Hakimlər: İQOR PRİSTOVNİK, Sinişa Premuzay, Boşko Vukuşiç, Vlado Svilokos (hamısı Xorvatiya).
Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə).
UEFA nümayəndəsi: Robert Sterk (Belçika).
İlk oyun - 2:1.
“QARABAĞ”: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 9. Elvin Məmmədov, 11. Rauf Əliyev, 13. Samir Abbasov, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 2. Qara Qarayev, 3. Aftandil Hacıyev, Namiq Yusifov, 8. Aslan Kərimov, 10. Emin İmaməliyev, 17. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
“PORTADAUN”: 1. David Miskelli, 2. Sin Makle, 3. Ross Redman, 4. Keyt O’Hara (k), 5. Kristofer Ramsey, 7. Uesli Boyl, 8. Riçard Klark, 10. Kevin Branif, 11. Timoti Monsey, 12. Alan Tiqqart, 22. Neyl Makkaferti.
Ehtiyat oyunçular: 13. Neyl Armstronq, 15. Aaron Hayre. 19. David Makkuloq, 20. Kristofer Koleman.
Baş məşqçi: Roni Makfol.
* Komandalar oyunqabağı son məşqlərini edirlər. Stadiona təxminən 10 mindən artıq azarkeş toplaşıb
Oyun başladı. "Qarabağ"ımıza uğurlar arzulayırıq!
2. Komandamız ilk dəqiqələrdən hücuma atılıb. Ardıcıl iki künc zərbəsi təhlükəli alınsa da, rəqib müdafiəçilər qola imkan vermirlər
3. Əfran rəqib qapısına iti bucaq altında qüvvətli zərbə endirsə də, rəqib qolkiper son anda topu dəf edə bildi
8. Şimali irlandıyalılar artıq komandamızın hücumlarını mərkəzdə almağa çalışırlar. Belədə Rauf uzaqdan zərbəylə rəqib qapıçını sınağa çəksə də, Miskelli dəqiq oynayır
Rəqibin cərimə meydançasından çıxmasına imkan verməyən "Qarabağ" təzyiqini davam etdirir
15. Rəşad Sadiqovun zərbəsi qapıdan azca yan keçdi
Mərkəzi arenada təxminən 20 min azarkeş var
16. Adamiyanın təhlükəli asmasını uzaqlaşdırmaq istərkən Redman az qala avtoqola imza atacaqdı. Lakin top az fərqlə çölə çıxdı
18. Rauf qapıçıyla təkbətək çıxsa da, onun zərbəsini Miskelli fantastik seyvlə komandasını qoldan xilas edir
19. Bu dəfə Əfran yenidən cərimə meydançasına girib qapıya zərbə endirir. Yenə rəqib qapıçı fantastik oynayır.
"Qarabağ" "Portadaun"a göz açmağa imkan vermir. Matçın ilk 20 dəqiqəsi arxada qalsa da, qonaqlar hələ bir dəfə də olsun, hücum təşkil etməyib
22. Nəhayət irlandiyalılar da hücum təşkil edir. Onlar da ilk cəhddə hesabı açmağa yaxın idilər. Fərhadın səhvi komandamıza az qala baha başa gələcəkdi. Lakin rəqib hücumçunun zərbəsi dəqiq alınmır
28. Komandamız hücumlarını davam etdirsə də, rəqib müdafiəçilər hələ ki, sayıq oynayırlar
36. Ramsey Əfranı kobudluqla dayandırdığı üçün sarı vərəqə ilə cəzalanır
36. Rəşad Sadıqovun cərimə zərbəsi canlı səddən dönür
37. Sadiqovun uzaqdan zərbəsini qapıçı tutur
40. Elvinə qarşı qayda pozuntusuna görə daha bir cərimə zərbəsi. Yenə Sadıqov…zərbəsi müdafiəçiyə dəyib kornerə çıxır
42. Rəqib komandanın növbəti hücumu...Fərhad topu ələ keçirərək təhlükənin böyüməsinə imkan vermir
44. Əfran növbəti qol imkanını qaçırır. Onun sağ cinahdan qapıya yaxınlaşıb, endirdiyi zərbə az fərqlə çöldən keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
İkinci hissəyə qonaqlar daha fəal başlayıb. Amma komandamız səliqəli müdafiə olunaraq, yenidən üstünlüyü əl almağa çalışır
49. Sadiqov-Əfran-Sadiqov kombinasiyasını sonuncu dəqiq zərbəylə tamamlamağa borclu olsa da, onun yaxın məsafədən zərbəsi qapının azca üstündən keçdi
52. Sadiqovun cərimə meydançası həndəvərindən zərbəsi dəqiq alınmır
53. Əfranın təhlükəli zərbəsini qapıçı son anda inanılmaz şəkildə dəf etdi
"Qarabağ" kəskin hücumlarını bərpa etsə də, ilk yarıda olduğu kimii heç cür rəqib qapısına yol tapa bilmir
57. Adamiya sol cinahla gözəl reyd etsə də, son anda həlledici zərbəni gecikdirdi və rəqib müdafiəçilər qola imkan vermədilər
59. Əfranın uzaqdan zərbəsi qapının üstündən keçir
62. Komandamızın heyətində ilk dəyişiklik. Elvini Vüqar Nadirov əvəzləyir. Belədə Vüqar yarımmüdafiənin soluna, Adamiya Elvinin mövqeyinə - mərkəzə keçir
Oyun qarşılıqlı hücumlar şəraitində keçir. Komandamızın hücumları daha kəsərli alınsa da, hesabı açmaq mümkün olmur
69. İnanılmaz vəziyyətlər boşa verilir. Əfran rəqib müdafiəçini ustalıqla arxada qoysa da, qapıya dəqiq zərbə vura bilmir
69. Rəqib komandanın da heyətində ilk əvəzləmə. Tiqqartı Aaron Hayre əvəzləyir
70. Qonaqlar hesabı açır. Branif cərimə zərbəsindən dəqiq zərbəylə Fərhadı məyus edir - 0:1
73. Rəşad Sadiqov Əfranın ideal ötürməsini qeyri-dəqiq zərbəylə tamamlayır
75. Raufun əvəzində Aslan Kərimov meydana çıxır
Bu dəqiqələrdə daha çox müdafiəyə diqqət yetirən ağdamlılar kəsərli hücumlar təşkil etməyə çətinlik çəkir. Qonaqlar isə qoldan ruhlanıb irəli atılıb
79. Vüqar inanılmaz qol epizodunu boşa verir
82. QOOOOOOOOOOOOOOOOOOOOOOLLLLL. Əfran hesabı bərabərləşdirir
Bravo Əfran!!! Bu artıq onun "Portadaun"un qapısına vurduğu 3-cü qoldur. Səfər oyununda da komandamızın qollarına məhz İsmayılov imza atmışdı
85. Klarkın əvəzində meydana David Makkuloq çıxır
86. Vüqarın zərbəsi qapıdan azca yan keçir
Komandamız qələbə qolunu vurmaq üçün çalışsa da, hələ ki, rəqib müdafiəçilər buna imkan vermir
89. Maksimin asmasını qapıçı tutur
90. Maklenin əvəzində meydana Kristofer Koleman çıxır
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Kapitan O`Hara sarı vərəqə alır
Oyun başa çatdı. Komandamız Avropa Liqasının üçüncü təsnifat mərhələsində Polşa "Visla"sı ilə qarşılaşacaq
"Napoli" müdafiəçi aldı
Azərbaycan güləşçilərindən 1 qızıl, 1 bürünc medal
Morata İtaliya klubuna keçəcək
"Portu"dan "Feyenoord"a - Rəsmi
"Atletiko"nun futbolçusu "Trabzonspor"a keçir
Millimizin sabiq üzvü bu kluba keçdi
"Çempionlar Liqasının finalını idarə etməyi arzulayıram" - Azərbaycanlı FİFA referisi
PSJ-nin qapıçısı "Milan"a keçə bilər
"Mançester Yunayted" bu hücumçunu transfer etdi
"Mançester Siti"nin yeni formaları - Şəkillər
Ozan Canlı "Volendam"dan heç-heçə
Azərbaycan millisindən 2 qızıl, 1 gümüş medal
Olimpiya çempionu 44 yaşında vəfat etdi
"Barselona" tarixinin yeni rekordu
"Real" onu göndərir
"Liverpul" Ekitike üçün nə qədər ödəyəcək?